Britaniyalı kardioloq dünyanı təəccübləndirdi - Artıq çəki, ürək və damar xəstəliklərinin ŞOK SƏBƏBİ

Britaniyalı kardioloq dünyanı təəccübləndirdi - Artıq çəki, ürək və damar xəstəliklərinin ŞOK SƏBƏBİPiylənmə və ürək-damar xəstəlikləri riskinin artmasında, arteriyaların tıxanmasında və bir çox problemlərin yaranmasında yağlar günahlandırılır.

Amma britaniyalı kardioloq Asim Malhotra bunun əksini iddia edib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, kardioloq yağların orqanizm üçün faydalarını üzə çıxarıb.

Son araşdırmalar göstərib ki, insan bədəninin ən pis düşməni şəkərdir!

Doktor Malhotra bildirib ki, yağ məhsulları ümumi sağlamlıq vəziyyəti üçün faydalıdır. Həkimin sözlərinə görə, yağların ürək-damar xəstəliklərinə səbəb olmaması barədə kifayət qədər sübut var. O hesab edir ki, yağlarla zəngin pəhriz əslində 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərindən qoruyur. Həkim Asim Malhotra öz xəstələrinə daha çox yağlı ərzaqlar yeməyi və yağsızlaşdırılmış məhsullardan uzaq durmağı tövsiyə edir:

"Doymuş yağlarla zəngin ərzaqları xəstələrimə təklif edəndə, onlar şoka düşür. Daha sonra onlara xolesterinin səviyyəsini azaldan məhsullardan uzaq durmağı tövsiyə edirəm".

Kardioloq izah edib ki, yağsız qidalar ürək-damar xəstəliklərinin inkişaf riskini artırır və piylənmənin əsas səbəbi yağlar deyil:

"Mən özüm yağlı məhsullardan imtina etdim, amma bu, qarın piylərinə heç bir təsir etmədi. Həmin anda yağların ümumi sağlamlığa təsirini araşdırmağa başladım".

A.Malhotra şəkərin ümumi sağlamlığa ən böyük düşməni olduğunu və pediatr Robert Lustiqin onunla eyni fikirdə olduğunu qeyd edib.

Robert Lustiqin yağların və şəkərin uşaqlarda piylənməyə təsirlərini araşdırıb. Pediatrın araşdırması göstərib ki, şəkər ürək-damar problemlərinin və diabetin inkişafına kömək edir. O, hesab edir ki, siqaret və spirtli içkilər kimi şəkərli məhsullar da etiketlənməlidir.

İsveçdəki bütün insanların 23 faizinin kifayət qədər yağlı qidalar və minimal miqdarda karbohidratlar ehtiva edən qidalanmanı təqib etməsi bu faktı bir daha təsdiqləyir.

Şəkərin piylənmənin və bir çox xəstəliklərin əsas səbəbi olduğunu qəbul edən daha çox mütəxəssis var. Yüksək yağlı və az şəkərli pəhriz tərtib edən İsveç mütəxəssisi Andreas Yenfldtin sözlərinə görə, başqa ekspertlər bu pəhrizi "gec partlayan bomba" adlandırır. Amma artıq çəkili insanların sayı bütün dünyada artmağa davam edir, İsveçdə isə yoxdur.

İsveçin səhiyyə mütəxəssislər göstərib ki, sağlamlığın qorunması və bədənin normal çəkisinin stabil saxlanması üçün qidalanmanın bu rejimi mükəmməldir.

Bu pəhriz yalnız artıq çəkidən xilas olmaq üçün imkan yaratmır, həm də piylənmədən əziyyət çəkənlərdə ürək-damar xəstəliklərinin inkişafının riskini aşağı salır.

2014-cü ildə Kembricdə keçirilmiş iki tədqiqatda məlum olub ki, süd məhsullarından əldə edilmiş orta dərəcədə doydurulmuş yağlar 2-ci tip diabet və ürək-damar xəstəliklərinin qarşısını alır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4160   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr