Niyə küləkli və yağışlı havada internetdə problem yaranır? - AÇIQLAMA
İnsanlar yağış və küləkli havada internetin zəifləməsindən şikayət edirlər. Bəs hava ilə internetin həqiqətən əlaqəsi varmı? Xətlərin zəifləməsinə səbəb nədir?
Məsələ ilə bağlı "Baktelecom"Sonxeber.az saytının sorğusunu cavablandırıb.
Verilən məlumata görə, son günlər vətəndaşlardan "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") aidiyyəti struktur bölmələrinə internet sürətinin aşağı olması ilə bağlı kütləvi müraciət daxil olmayıb:
"Redaksiyanızdan internet xidmətində çətinlikləri olan müraciətçilərin məlumatları təqdim olunarsa, tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.
Məlumat üçün bildiririk ki, "Baktelecom" payız-qış mövsümü boyunca hava şəraitinə uyğun olaraq, profilaktik tədbirlərini mütəmadi şəkildə həyata keçirir. Yağış sularının yeraltı kabel-kanal qurğularına sızmasının qarşısının alınması məqsədi ilə artıq Rabitə Xidmətləri Mərkəzləri zəruri avadanlıqlarla təchiz edilib.
Eyni zamanda, Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə istismar müddəti bitmiş mis xətlər yenilənir, GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında zədəyə davamlı fiber-optik xətlərlə əvəz olunur.
Qeyd edək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə "Baktelecom"un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi veb-saytında onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1919 Tarix: 06 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrBakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabrBakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu
Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is
27 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabr