Məşhur reperin bilinməyənləri: Leytenant İbrahim İbrahimov necə Urana çevrildi?

Məşhur reperin bilinməyənləri: Leytenant İbrahim İbrahimov necə Urana çevrildi?90-cı illərin sonu, 2000-ci illərin əvvəlində rep musiqisi Azərbaycanda da geniş yayılmağa başladı.

1983-cü ildə Milli Qəhrəmanımız, jurnalist Çingiz Mustafayev Azərbaycan dilində olan ilk "Dünənki keçdi" adlı repi səsləndirib.

1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı trekı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırıb.

Daha sonra vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman" qrupu "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.

Repə marağın artdığı o vaxtlarda yeni nəsil reperlər meydana çıxdı.

2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişi və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etdi.

Belə ki, repçi Uranın uğur yolu haqqında materialı təqdim edirik:

Əsl adı İbrahim İbrahimov olan Uran 1983-cü il dekabrın 20-də Xaçmazda dünyaya gəlib.

Özünə "Uran" təxəllüsünü götürən reper müsahiblərinin birində bu adı niyə seçdiyini belə izah edir:

"Xüsusi məna kəsb etmir. Kimyəvi elementlər cədvəlində gözüm sataşıb, qısa və yaddaqalan olduğuna görə seçmişəm. Kimyəvi element kimi malik olduğu bəzi xüsusiyyətləri ilə xasiyyət oxşarlığım var. Amma bunun ad seçimimə təsiri olmayıb".

Uran ixtisasca artillerist-hərbçidir. O, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, leytenant hərbi rütbəsi ilə məzun olub.

Onun ən sevilən, populyar treklərindən biri "Kor zabit" adlı repdir.

2005-ci ildə yayımlanan bu rep həmin illərin ən çox sevilən nümunələrindən sayılır. Bir çox gəncin dilində əzbərə çevrilən "Kor zabit" Dəyirman qrupunun "Ya Qarabağ, ya ölüm" treki kimi rep musiqisi dinləyicisi olan gənclərdə vətənpərvərlik duyğusunu artırmaqda mühüm rol oynayıb.

Uran ilk repini 1996-ci il martın 9-da yazıb. Özünün dediyinə görə, replə ilk tanışlığı Rusiya reperlərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib. Hip-hopda ilk təxəllüsü Mr.Ib olub.

2001-ci ilin mart ayından "M.T.Street" qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində olub.

Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə "Vətən" diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub.

2001-ci ilin sonunda "M.S.Street" qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir.

Oktyabrın 19-da Bakı Slavyan Universitetinin akt zalında, bu ali məktəbin "Şən və Hazırcavablar Klubunun" təqdimat gecəsində ilk çıxışını edib.

2004-cü il yanvarın 11-də "Caspian Clan" rep qrupunun 8-ci üzvü olur.

2004-cü ildə qrup dağılır və repçi ləqəbini Urana dəyişir.

Həmin il Space TV-də "Mən də varam" telemüsabiqəsinə qatılır və ikinci yeri tutur.

"British Council"in təşəbbüsü ilə "Urban Culture" adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

"Mən də varam 3" telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur.

Azərbaycanın ilk rep-leyblı olan "Da Streetz"in tərkibinə daxil olur.

"Rap Time" adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə "Milli düşüncə və gənclər" mahnısı ilə birinci yerə layiq görülür.

Artıq zirvələri fəth edən Uran 2010-cu il mayın 2-də Bakıda Türkiyənin bir nömrəli reperi Cəza ilə birgə konsert verir. İki il sonra Cəza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Kompleksində eyni səhnəni bölüşür.

Daha sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Fanta Gənclik Festivalı"nın aparıcısı olub.

Uran 2014-cü ilin avqustundan 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.

Yenidən Bakıya qayıdan Uran 2017-ci ildə "Maşın Şou" realiti-şousuna qatılır.

Dörd ildir Fransada yaşayır və yaradıcılığına orada davam etməkdədir. O, burada bir sıra yeni treklər yazıb, kliplər təqdim edib.

Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra Uran "Kor zabit - 2" repini yayımladı. Bu trek rep dinləyicilərinin böyük marağına səbəb oldu.

Uran ailəlidir, bir qızı var.

Mənbə: Kulis.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1364   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məşhur tarixi abidənin sökülməsi böyük narazılıq yaratdı

İstanbulun Sancaktepe rayonunda üzərində Səlcuq simvolu, Osmanlı tuğrası və ay-ulduz yerləşən abidənin sökülməsi zamanı ortaya çıxan görüntülər böyük narazılıq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, abidənin sökülməsi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olu

12 may
.

Güclü külək əsəcək

Mayın 12-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngiland

11 may
.

"General Hospital" və "Yaşam Medical"a qarşı saxta arayış və hepatit analizi İTTİHAMLARI - ŞİKAYƏT

Bakıda fəaliyyət göstərən "General Hospital" daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. "Yaşam Medical" klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib. "Unikal"a istinadla xəbər verir ki, şikayətçi Ruslan Hüseynov paytaxtda yerləşən restoranlardan birind

12 may
.

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə

11 may
.

Yuxu pozuntuları psixoloji problemlərin xəbərçisidir? - AÇIQLAMA

Yuxu insan psixikasının ən həssas göstəricilərindən biridir və çox vaxt daxildə baş verən emosional dəyişikliklər ilk olaraq məhz yuxu rejimində özünü göstərir. Son dövrlərdə yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya keyfiyyətsiz yuxu kimi şikayətlərin artması bu mövzunu daha da aktuallaşdırır

12 may
.

Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund

11 may
.

Bu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)

Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla

11 may
.

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə

10 may
.

Azərbaycanda hantavirus yayılıb? (RƏSMİ)

Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə

12 may