Tələbələr yataqxanalara hansı kriteriyalar əsasında qəbul edilir? - SORĞU

Tələbələr yataqxanalara hansı kriteriyalar əsasında qəbul edilir? - SORĞUArtıq bir həftədir ali təhsil müəssisələrində tədris başlayıb, lakin tələbələr kiraye ev tapmaqda hələ də çətinlik çəkir. Kirayə evlərin ötən illərlə müqayisədə xeyli bahalaşması xüsusən aztəminatlı ailələr üçün ciddi problem yaradır. Problemdən əsas çıxış yolu tələbə yataqxanalarıdır.

Bəs ali təhsil müəssisələrinin yataqxanalarında hazırda vəziyyət necədir və buraya qəbul hansı kriteriyalar əsasında aparılır?

Trend bir neçə ali məktəbdən məsələ ilə bağlı münasibət öyrənib.

Bakı Dövlət Universitetindən bildirilib ki, hazırda "Tələbə evi"ndə 220 tələbə qalır:

"Şəhid və qazi övladları, valideynləri əlil olan tələbələr, məcburi köçkünlər, valideynini itirmiş tələbələr, sosial həssas qrupa aid olan ailələrin övladları, ən yüksək bal toplamış tələbələrə üstünlük verilir. Bir tələbə üçün ödəniş 110 manatdır. Bunun 35 manatını universitet qarşılayır, 75 manatını isə tələbə özü ödəyir".

Tibb Universitetindən verilən məlumata görə, ali təhsil müəssisəsinin 4 yataqxanası fəaliyyət göstərir, lakin hazırda 1 saylı yataqxana təmirə dayanıb:

"Tələbələr 100 faiz yataqxana ilə təmin olunduğuna görə ( Azərbaycan vətəndaşları) qəbul üçün hər hansı bir kriteriyalar qoyulmur. Sadəcə şəhid ailələrindən olan və ya valideyn himayəsindən məhrum uşaqlar yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına isə güzəşt edilir. Yataqxananın ilkin qiyməti yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Qiymət 60 manatdan 90 manata qədər dəyişir".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanası isə əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulub:

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası artıq fəaliyyətə başlayıb. Qeydiyyat prosesi yekunlaşıb və tələbələr yerləşdiriliblər. ADNSU-nun yataqxanası 320 nəfərlikdir. Əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulub. Amma onlarla yanaşı yerli tələbələr də qala bilirlər. Yataqxana 2 və 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THK) xətti ilə maddi imkanı aşağı olan tələbələr müraciət etdiyində, onların yataqxana xərcini THK ödəyir. Pandemiya ilə bağlı karantin rejimi davam edir. Həm universitetin özündə, həm də yataqxanada karantin rejimi qaydalarına uyğun olaraq mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Eyni zamanda binaya daxil olanda hər bir tələbənin temperaturu ölçülür".

Azərbaycan Dövlət Pedoqoji Universitetindən də məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, universitetin yataqxanasına sadəcə xanım tələbələr qəbul edilir:

"Yataqxana 244 nəfərlikdir. Otaqlar geniş və 2 nəfərlik olduğu üçün pandemiya dövründə xüsusi risk yaratmadığından qəbul sayı azaldılmayıb. Yataqxananın tam şəraiti var. Ötən illərdə əsaslı təmir olunub. Yataqxanada sadəcə xanım tələbələr yerləşdirilir. Əsasən sosial təminatı aşağı olan tələbələrə üstünlük verilir. Aylıq ödəniş 70 manatdır".

Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildirilib ki, UNEC-in hazırda 5 yataqxana binası var. Lakin məcburi köçkünlər məskunlaşdığı üçün yataqxanalar tələbələrin istifadəsinə verilə bilmir.

Təhsil Nazirliyindən bildirilib ki, 2019-cu ildə ali təhsil müəssisələrinin tabeçiliyində 48 yataqxana binası mövcud idi. Bunlardan 1265 nəfərlik tutumu olan 8 təmirli və 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana fəaliyyətdə olub. 2020-2021-ci illərdə Gəncə Dövlət Universitetinin (GDU) 3, Bakı Dövlət Universitetinin (BDU) isə 1 yataqxana binası təmir olunub. GDU-nun yataqxana binaları ümumilikdə 706, BDU-nun yataqxanası isə 220 nəfərlikdir./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1187   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr