Medianın İnkişafı Agentliyində jurnalistlər üçün təşkil olunan təlimlərin birinci mərhələsi uğurla başa çatıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə "Lazarus Training" təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlim davam edir.
AZƏRTAC xəbər verir ki, MEDİA-nın inzibati binasında keçirilən təlimin Azərbaycan jurnalistlərinin birinci qrupu üçün təşkil olunan mərhələsi oktyabrın 6-da başa çatıb. Gün ərzində jurnalistlərə yaraların sarınması, insanların təhlükəli yerlərdən təxliyəsi qaydaları tədris olunub. Bundan sonra birinci qrupun üzvləri təlimlərdə yüksək fəallıq göstərdiyi üçün sertifikatlar təqdim edilib.
Ümumilikdə oktyabrın 8-dək davam edəcək təlimə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi iki qrupda qatılıb. Təlimdə AZƏRTAC-ın əməkdaşı da iştirak edir. İngilis dilində təşkil olunan təlimdə Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.
Təlimin birinci günündə iştirakçılar Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbin həyətində mina axtarışı üzrə praktiki dərsdə iştirak ediblər. Dərs zamanı media nümayəndələrinin mövzu ilə sualları cavablandırılıb, fikir mübadiləsi aparıb. İkinci gün isə jurnalistlərə minalar haqqında məlumat verilib. Həmçinin minaların gizlədildiyi yerlər, onların törətdiyi fəsadlar və mina hadisələri zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi barədə praktiki dərslər keçirilib.
Qeyd edək ki, İngiltərədə yerləşən "Lazarus Training" təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 707 Tarix: 07 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrRamiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye
27 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrSabahın havası
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr