"WhatsApp"da bu özəlliklər də olacaq - 4 möhtəşəm funksiya
"WhatsApp" yeniliklərə davam edir. Tezliklə istifadəçilərinin üzünü güldürəcək yeni funksiyaları işə düşəcək.
Sonxeber.az Lent.az-a istinadən məlumat verir ki, "WhatsApp"ın mesajlaşma proqramının özünü daim təkmilləşdirdiyi artıq sirr deyil. Yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq.
1. Söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz
"Instagram"ın hekayə bölməsində fəal istifadə edilə bilən bu xüsusiyyət mesajlar haqqında duyğularınızı tezliklə ortaya qoymağa imkan verir. Bunlardan başqa "Twitter" və "iMessage" də oxşar quruluşlar təklif edir. Hazırda başlanğıc mərhələsində olmasına baxmayaraq, smaylik cavab xüsusiyyətinin tezliklə istifadəçilərə təqdim ediləcəyi gözlənilir. Maraqlıdır, görəsən, hansı smayliklər olacaq?
2. Səsli mesajları mətnə çevirmək
"WhatsApp" hər gün yeni bir xüsusiyyət ilə gəlir. Bu dəfə mətn tərcümə xüsusiyyəti "iOS"da sınaqdan keçirilən səsli mesajlar üçün daşıyır. Beta istifadəçiləri tərəfindən sınaqdan keçirilmiş xüsusiyyət hələ də "Android"də yoxdur. Ancaq testlər müvəffəqiyyətli olarsa, bu xüsusiyyətin "Android"də də olacağı düşünülür. "WhatsApp"ın yeni xüsusiyyəti ilə gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.
3. Videoları səssiz izləyə biləcəksiniz
"WhatsApp", videoları səssiz olaraq izləəyə imkan verəcək bir yenilik hazırlayır. İstər "WhatsApp"ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki "səssiz" işarəsinə toxunaraq onun səsini kəsə bilərsiniz. Uzun müddətdir beta versiyasında sınaqdan keçirilmiş xüsusiyyətin tezliklə istifadəyə veriləcəyi gözlənilir.
4. Söhbət pəncərəsinə yeni rənglər
"WhatsApp" beta istifadəçilərinə yeni bir xüsusiyyət əlavə edir. Populyar platforma, illərdir açıq yaşıl rəngdən istifadə edir. Bundan sonra rəng daha tünd yaşıl ilə əvəz olunacaq. İOS üçün də gələcək bu yeni dəyişiklik, qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2391 Tarix: 07 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrAzərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
26 oktyabrAzərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
27 oktyabrVətəndaş ABB-dən narazıdır
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar
26 oktyabrRazi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə
27 oktyabr