AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq

AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlaması, növbəti mərhələdə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarını artıracaq".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib:

"Bu gün iki ölkə arasında müxtəlif platformalarda müzakirələr aparılır. Ermənistanda seçkilər başa çatıb. Eyforiya və populizm arxa plana keçib. Ermənistan hökümətinin çıxışlarında müyyən qədər konstruktivizm sezilir. Digər tərəfədən bir müdət öncə Türkiyə Ermənistana öz hava məkanından istifadə ilə bağlı imkan yaratdı. Bütün bu faktorlar müsbətə doğru bir dinamikanın yarandığını göstərir. Bu proses getdikcə daha da dərinləşəcək. Növbəti dövrlərdə regional kommunikasiya imkanlarının şaxələndiriməsi, xüsusilə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarının artması gözlənilir".

Onun fikrincə, Naxçıvan istiqamətində açılan yeni marşrut büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcək:

"Əsas iqitsadiyyatla əlaqələrdə alternativ nəqliyyat vasitlərinin az olmasından dolayı Naxçıvan istiqamətində uçuşlara kifayət qədər tələb var. Bəzi hallarda intensivlik o həddə çatır ki, gün ərzində 8 reys belə həyata keçirilə bilir. Lakin ən azından AZAL-ın hesabatları onu deməyə əsas verir ki, Muxtar Respublikaya uçuşlar zərərlidir. Buna görə də hər il dövlət büdcəsindən Naxçıvana daxili uçuşların maliyyələşdirilməsinə 10 milyon manat subsidiya ayrılır. İndiki şərtlər daxilində isə Ermənistan üzərindən uçuşlar vaxta və yanacağa qənaət etməyə imkan verəcək. Bu məqam və AZAL-ın Azərbaycan İnvestiya Holdinqinin idarəetməsinə verilməsi faktı Naxçıvan istiqamətində uçuşların təşkilindən yaranmış büdcə yükünün ləğv ediləcəyini və ya ən azından azalacağını deməyə imkan verir".

R.Həsənov hesab edir ki, Naxçıvana uçuşlar zamanı əsasən Ermənistan üzərindən keçən marşrutdan istifadə olunacaq:

"Sırf alternativ yol kimi İran üzərindən keçən marşrut aktiv olaraq saxlanıla bilər. Ancaq əsasən yeni marşruta üstünlük veriləcək. Ermənistanla sosial-iqtisadi kommunikasiyaların bərpası prosesi dərinləşdikcə Naxçıvana hava nəqliyyatı ilə mülki yüklərin və sərnişinlərin daşımasının 90 %-nin məhz Ermənistan üzərindən həyata keçiriləcəyi gözlənilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1713   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr