İlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTO

İlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOOktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.

Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə Bakıda sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Şəhər həyatının müxtəlif layihələrlə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkının xüsusi yeri var. Ümumilikdə, IDEA İctimai Birliyi paytaxtla yanaşı, bölgələrdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində çox mühüm layihələr icra edib. Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yaradılıb. Təbii ki, bu layihə postpandemiya dövründə yenidən Bakıya səfər edəcək turistlərin ən çox üz tutacaqları məkanlardan biri olacaq. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın "Qırmızı kitab"ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, "Qırmızı kitab"a düşən növlərin sayı isə 22-dir.

Qeyd edək ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Ümumiyyətlə, zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir.
İlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Bakı Zooloji Parkının açılışında - YENİLƏNİB + FOTO17:35
Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3319   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr