Həbsə göndərilmiş eks-prezidentlər: korrupsiya, qətl, zorlama....

Həbsə göndərilmiş eks-prezidentlər: korrupsiya, qətl, zorlama....Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili oktyabrın 1-də gizli yolla qayıtdığı Tblisidə saxlanıldı. Gürcüstanın Baş Prokurorluğu 2014-cü ildə eks-prezident Mixail Saakaşviliyə bir neçə maddə ilə cinayət işi açıb. Onu 8,8 milyon lari dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə, 2007-ci il 7 noyabr aksiyaları zamanı vəzifə səlahiyyətlərini aşmaqda, parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsini və 2006-cı ildə Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qətlini sifariş etməkdə təqsirləndirirlər.

Mixail Sakaaşvili 2013-cü ilin noyabrından sonra ilk dəfə ölkəsinə geri qayıdıb.

Sonxeber.az modern.az-ə istinadən həbsə göndərilən və barələrində cinayət işi açılan digər eks-prezidentlər barədə məlumatı təqdim edir.

Fransa prezidenti Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum olunub. O, 2012-ci ildə seçki kampaniyası zamanı qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə çox pul xərcləyib. Belə ki, seçki aksiyasına 22,5 milyon avro limiti qoyulsa da, Sarkozi saxta mühasibatlıq yolu ilə kampaniya zamanı 42,8 milyon avro xərclədiyini gizlədə bilmişdi.

Sarkozi cəzasını öz evində elektron nəzarət altında çəkəcək.

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev 2020-ci ilin iyununda 11 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdi. Almazbek Atambayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

2020-ci ilin noyabrında Ali Məhkəmə eks-prezident barədə hökmü ləğv edərək, yenidən birinici instansiya məhkəməsinə yollayıb.

Tel-Əviv məhkəməsi İsrailin keçmiş prezidenti Moşe Katsavı zorlama ittihamı ilə təqsirli bilib. Eks-prezident 2011-ci ildə 7 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə - 5 illik həbsdən sonra onun cəzası yüngülləşdirilib və Katsav azadlığa buraxılıb.

Moşe Katsav 2000-2007-ci illərdə İsrail prezidenti olub.

Serbiya prezidenti Slobodan Miloşeviç bəşəriyyətə qarşı cinayətlərdə - qətllər, siyasi, irqi və dini motivli təqiblər, deportasiya və müharibə qaydalarının pozulması ittihamları ilə həbs olunub. 2001-ci il aprelin 1-də Serbiyada saxlanılan Miloşeviç BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsinə təhvil verilib.

2016-cı il martın 11-də Slobodan Miloşeviç Haaqada həbsxanada ürək tutmasından dünyasını dəyişib.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç barədə də məhkəmə qərarı var. 2014-cü ilin fevralında kütləvi etirazlar fonunda prezident postunu tərk edərək, Rusiyaya qaçan Yanukoviç mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunur. 2017-ci ilin iyununda Kiyevin Obolonsk rayon məhkəməsi Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə mühakimə etmişdi. 2019-cu il yanvarın 24-də isə eyni məhkəmə Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum edib.

Viktor Yanukoviç hazırda Rusiyada məskunlaşıb.

Ayrı-ayrı zamanlarda Liberiyanın eks-prezidenti Çarlz Teylor, Mərkəzi Afrika Respublikasının sabiq rəhbəri Bokassa Jan-Bedel, Monqolustanın ilk prezidenti Nambarın Enxbayar, Cənubi Afrikanın eks-prezidenti Ceykob Zuma, Pakistanın sabiq rəhbəri Pərviz Müşərrəf, Perunun eks-prezidenti Alberto Fuximori, Cənubi Koreyanın eks-prezidentləri Li Men Bak və Pak Kın Xe, Braziliyanın keçmiş lideri Lula da Silva, Misirin sabiq prezidentləri Hüsnü Mübarək və Məhəmməd Mursi, İraqın eks-diktatoru Səddam Hüseyn məhkəmə qərarı ilə üzünmüddətli həbs cəzalarına məhkum olunublar.

Ermənistanın keçmiş prezidentləti Robert Koçaryan və Serj Sarkisyanın məhkəmə prosesləri isə hələ yekunlaşmayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2886   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021