Baş leytenantın şəhid olarkən son sözü: "Görürsən, başıma göydən qırmızı güllər yağır" - FOTO

Baş leytenantın şəhid olarkən son sözü: "Görürsən, başıma göydən qırmızı güllər yağır" - FOTOBu gün Vətən müharibəsi qəhrəmanlarından biri, şəhid baş leytenant İlkin Məmmədzadənin anım günüdür.

İlkin Məmmədzadə 1991-ci ilin 19 dekabrında Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıtdakı 42 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yaraışmalarında iştirak edib. 2012-ci ildə ali təhsilini qırmızı diplomla başa vurub. Daha sonra magistr təhsilinə yiyələnib.

Lakin İlkin Məmmədzadənin içində olan hərb sevgisi onu orduda xidmətə vadar edib. O, həqiqi hərbi xidmətdən bir neçə il sonra, 2016-cı ilin iyun ayında leytenant rütbəsində ordu sıralarına qatılır (tağım komandiri vəzifəsində). Daha sonralar isə baş leytenant rütbəsi alıb.

İlkin Məmmədzadə 2020-ci ilin oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü dərəsi" adlanan ərazidə qəhrəmancasına şəhid olub.

O, 2020-ci ilin oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Fatma Məmmədzadə, şəhidimizin anasıdır. Oğlu şəhid olandan sonra ananın saçları ağarıb, bununla belə o, oğlu ilə fəxr edir.

Fatma xanım Oxu.Az-a oğlu barədə təəssüratları bölüşərkən deyib ki, İlkin Məmmədzadə ömrünün 28 ilində ancaq ona fərəh və qürur yaşadıb.

"Mən oğlum dəfn olunarkən ona təşəkkür etdim. İlkin çox vətənpərvər idi, o, məzuniyyətə gələrkən birinci olaraq Şəhidlər Xiyabananı ziyarət edirdi, sonra evə gəlirdi", - deyə F.Məmmədzadə bildirib.

Ana oğlunun evə son gəlişini xatırlayır, deyir ki, İlkin Məmmədzadə axırıncı dəfə evə 2020-ci ilin avqustun 6-da gəlib və 8-də gedib.

"Düz iki aydan sonra oğlum şəhid oldu", - ana əlavə edib.

Fatma Məmmədzadə oğlunun döyüş yoldaşlarından onun necə şəhid olmasını da öyrənib. Ana bildirib ki, oğlunun döyüş yoldaşlarının dediyinə görə, İlkin Məmmədzadə düşmənin ikinci eşelonuna hücum zamanı yaralanıb.

"Oğlum əsgərlərinə deyib ki, səngərə birinci özü girəcək, amma elə olub ki, düşmən oğluma atəş açıb. Oğlum yaralanıb, döyüş yoldaşı Sahil Məmmədov ona yaxınlaşıb. İlkin Sahilə deyib ki, anasına zəng etsin və şəhid olduğunu bildirsin. Cəbhə yoldaşları isə "komandir siz şəhid olmamısınız, yaralanmısınız, sizi buradan çıxaracağıq" deyiblər. Oğlumu ərazidən çıxarıblar, tibbi yardım maşınına mindiriblər, ona qan vurublar. Ancaq oğlum yol boyu "anama xəbər edin ki, mən şəhid oldum" deyib".
Baş leytenantın şəhid olarkən son sözü: "Görürsən, başıma göydən qırmızı güllər yağır" - FOTOİlkin Məmmədzadə yaralı olarkən nə ağlayıb, nə də qışqırıb. Heç onun səsi də çıxmayıb, hər şeyi sakitcə, soyuqqanlılıqla qarşılayıb.

"Oğlum iki güllə yarası alıbmış, güllələrdən biri ciyərlərini dağıdıb. Tibbi yardım maşınında olarkən huşunu itirməyə başlayıb. Gözünü açıb, Sahilə deyib: "Görürsən, başıma göydən qırmızı güllər yağır".

Demək ki, oğluma cənnətin qapıları açılıb. Cənnətə gedən yol Qarabağda imiş, biz bilməmişik. Allah bütün şəhidlərimizə cənnətin qapılarını açdı", - deyə F.Məmmədzadə söyləyib.

İlkin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1811   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr