Taksi sürücülərindən bu sənəd tələb olunacaq? - VİDEO

Taksi sürücülərindən bu sənəd tələb olunacaq? - VİDEOTaksi fəaliyyəti ilə məşğul olan şəxslərin bəzilərinin avtomobil idarə edərkən hərəkətləri və müştəri ilə davranışları haqlı olaraq narazılıqla qarşılanır. Ekspertlər bildirirlər ki, sovet vaxtı xüsusi kursdan keçə bilməyən sürücülər, yəni davranışı, psixoloji vəziyyəti normal olmayanlar taksi sürücüsü kimi fəaliyyət göstərə bilməzdi. Bəs indi taksi sürücülərindən niyə sağlamlıq arayışı tələb edilmir?

Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, sifariş edilən ünvanlara gec gəldikləri və ya avtomobildə yüksək səslə musiqi dinlədikləri üçün müştəri ilə taksi sürücüləri arasında bir çox hallarda mübahisə düşür.

Həmişə də hər iki tərəfin özünəməxsus səbəbləri olur. Məsələn, sərnişinlər taksi sürücülərinin avtomobildə davranışlarından narazılıq edirlər. Səbəb kimi şirkətlərin həmin sürücüləri işə götürərkən ciddi araşdırma aparmamalarını əsas gətirirlər.

Şəhər sakinləri deyirlər ki, mümkün qədər taksidə olarkan sürücü ilə ünsiyyət qurmamağa çalışırlar. Bəziləri hətta sürücünün yüksək tonla mobil telefonla danışmasına da irad tutur. Amma sürücülər onlar barəsində səslənən fikirlərlə razılaşmırlar.

Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər şirkətlərə onlayn müraciət edirlər. Sadəcə avtomobil haqqında məlumat vermək kifayət edir ki, şirkətlər həmin şəxsi şifahi sövdələşmə ilə işə qəbul etsinlər. Onların müştəri ilə davranışı və ya psixoloji vəziyyəti isə yoxlanılmır. Belə olduqda bəzi sürücülər müştəri ilə normal rəftar etmirlər və bu da haqlı narazılığa səbəb olur.

Bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb sürücülərin sağlamlığını yoxlamadan işə qəbul etmələrinin səbəbini soruşmaq istədik. Amma onlar bu məsələ barədə danışmaq istəmədiklərini bildirdilər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sovet vaxtı taksi fəaliyyəti ilə məşğul olmaq üçün onlar hazırlıq kurslarından keçirdilər. Tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilməzdilər. Bu qayda indi də mövcuddur. Amma görünən odur ki, sözügedən qayda sadəcə kağız üzərindədir.

İstənilən şəxs Bakıda fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə, digər şəhər və rayonlarda işləmək istəyənlər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edir və dövlət rüsumunu ödəməklə fərqlənmə nişanı alaraq taksi fəaliyyəti göstərir.

Ekspert deyir ki, bu, qanunvericilikdə ciddi boşluqdur. Təklif edilir ki, nəqliyyat qanunvericiliyində taksi sürücüsü olmaq üçün tələb edilən sənədlərin siyahısı vergi qanunvericiliyinə də əlavə olunsun. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, onlar mövcud qanunvericilik əsasında fərqlənmə nişanı verirlər. Mövcud qanunvericiliyə görə sürücüdən xüsusi sənəd tələb olunmur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1154   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr