Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATI

Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATIRəssamlıq deyəndə ağıla gələn ilk isimlərdən biri də Vinsent Villem Van Qoqdur. Çoxlarımız onu XIX-əsrdə yaratdığı əsərləri ilə tanıyırıq. Lakin Van Qoqun təkcə rəssamlığı yox, həm də həyat macərası da olduqca fərqlidir.

Sonxeber.az məlumat verir ki, rəssam həyatı boyu psixi xəstəliklərdən, yoxsulluqdan əziyyət çəkib. Bütün bunlar onun əsərlərinə təsir edib. Qoqun əsərlərində əsasən kədər motivləri ön planda olub. Ən əsası isə Van Qoq sağlığında tanınmayıb. O, yaradıcılığı dövründə sadəcə 1 əsər sata bilib. Belə ki, onun tanınmağına səbəb qulağını kəsməsi olub. Hadisənin baş verməsi ilə bağlı bir neçə versiya var:
Birinci versiyaya görə, əslən Niderlanddan olan rəssam sevdiyi qadına sevgisini sübut etmək üçün bu addımı atıb. Raşel adlı həyat qadınını sevən Qoq qulağını kəsərək ona verib və deyib: "Bunu ehtiyatla saxla".

İkinci versiyaya görə, rəssam güzgünün qabağında oturaraq öz portretini çəkmək istəyib. Lakin sağ qulağının baş və üz simmetriyasını pozduğunu görüb. Bundan sonra isə o, qəzəblənərək həmin qulağı dibindən kəsib. Psixoloqlar bu versiyanı daha çox təsdiqləyirlər. Onlar düşünürlər ki, yaradıcı insanlarda belə halların olması mümkündür.

Digər verisiyaya görə, Van Qoqun qulağını onunla bir evdə yaşayan yaxın dostu kəsib. Buna səbəb isə onların eyni xanımı - Raşeli sevməkləri olub.

Eşq həyatı çox kədərli olan rəssam dul qalmış əmisi qızı Keytə vurulub. Sevgisini etiraf ets də, rədd cavabı alıb. Bundan sonra Haaqaya köçüb, orda əyyaş həyat qadını Klasina Maria Hoornikə aşiq olub. Lakin bu sevgi də yarımçıq qalır.

Son nəfəsində dediyi cümləsi "kədər əbədi davam edəcək"

Həyatının son dönəmlərində də yaşadığı problemlər onu gənc yaşlarından ruhi xəstəxanalarda dörd divar arasına salır. Məşhur rəssamın ölümü də müəmmalıdır. Onun intihar etdiyi bildirilir. Belə ki, tüfənglə sinəsinə atəş açıb, yaralı halda xəstənaya gedib. Lakin 29 saatdan sonra vəfat edib. Digər mənbələrə görə isə rəssam öldürülüb. Son nəfəsində qardaşının qulağına pıçıldayaraq kədərin əbədi davam edəcəyini deyib.

Qeyd edək ki, məşhur rəssam Vinsent Villem Van Qoq 30 mart 1853-cü ildə Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində anadan olub. 1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışıb. 1876-cı ildə İngiltərədə müəllim işləyib. Müəyyən dövrlərdə teologiyanı öyrənib, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb. 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında oxuyur, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir.

Vinsent Van Qoq 10 illik rəssamlıq fəaliyyətində 2100-dən çox rəsm əsərinin rəssamıdır. Onlardan 860-ı yağlı, 1300-dən çoxu isə sulu boya ilə çəkilib. Rəsm əsərlərinin çoxu dünyanın ən bahalı tabloları arasında yer alır. "İrises"("Süsənlər") tablosu 53,9 milyon dollara , "Doktor Pol Qaşe" isə 82,5 milyon dollar məbləğində rekord qiymətə satılıb. Van Qoq "Ulduzlu Gecə" əsərini 1889-cu ölümündən 1 il əvvəl çəkib. O, bu gün rəsmləri dünyanın ən bahalı rəsm əsərləri arasında yer alan və incəsənət tarixinin ən vacib rəssamlarından biri olaraq tanınır./Metbuat.az
Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATIÖz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATIUlduzlu gecə (ən məşhur əsər)
Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATIkartofyeyənlər tablosu
Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATISüsən çiçəkləri
Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATITerrasdakı kafe gecə vaxtı
Öz qulağını kəsdi, din xadimi kimi çalışdı - Ölümündən sonra məşhurlaşan rəssamın FACİƏVİ HƏYATIƏbədiliyin qapısında


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1560   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021