Həyatın öyrətdiyi 11 DƏRS

Həyatın öyrətdiyi 11 DƏRSİnsanın ən gözəl müəllimi həyatdır. Biz yaşadıqca, hər gün yeni bir şeylər öyrənir, kəşf edirik. Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar.

Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb var gücüylə çalışsa, uğur qapısına çatar və o qapının açarlarını əldə edər.

Bu yol barədə isə onu qət edənlər daha çox bilər. Uğurun sirləri, açarları nədədir?

Suallarımıza cavab tapmaq və uğurlu insanların həyatını araşdırmaq üçün "Uğurun sirləri" silsiləsini davam etdiririk.

Bu dəfə BiG.AZ oxuculara "Lotfi Zadeh Technology Center"in baş icraçı direktoru (CEO) İmran Bağırovun 37 illik həyatında yaşadıqlarından çıxardığı nəticələri barədə yazısını təqdim edir.
Həyatın öyrətdiyi 11 DƏRSOnun sözlərinə görə, insan həyatının pik dönəmləri məhz bu illərdir. Bu illərdə insanın həm ağlı, dünya görüşü, həm də ki, enerjisi bir birinə uyğun olur və daha çox nəticə göstərə bilirsən.

Ciddi yaxşılaşma xaosdan keçir – Entropiya azaldılması

İnnovasiya mövzusunda "incremental"(artan) və "disruptive"(köklü) "innovation" məvhumları vardır. Yaxşılaşdırma ya artan xətt üzrə gedə bilir ya da ki, tam yeni bir etapa keçə bilir. Ciddi dəyişiklik istəyirsənsə, köklü dəyişikliklərə getməlisən, bunun gətirdiyi qısamüddətli xaosa hazır olmalısan. Evinizin təmirini yadınıza salın. Bir anda hər yer toz-torpaq və tam səliqəsiz bir yerə, daha sonra isə çox daha yaxşı bir məkana çevrilir.

Entropiya təbiətin qanunudur. Əşyaları, mühitləri özbaşına buraxdığınız halda getdikcə sistemdən sistemsizliyə keçəcək və xaosa gətirəcək. Buna entropiyanın artması deyilir. Biz insanlar həmişə entropiyanın az olduğu məkanlara, insanlara, investisiya alətlərinə və s.ə pul qoyuruq. Fikir verin, səliqəli, düzgün quruluşlu, sistemli olan əşyalara və xidmətlərə pul xərcləyirik. Əslində biz entropiyanın azaldılması üçün yaşayan varlıqlarıq

İradə gücünü sınamaq – əminlik

İyun ayında baxdığım bil sənədli filmdən sonra vegan olmağa qərar verdim. Əti, kababı çox sevən bir adam üçün bu, qorxulu bir addım idi. 6 ay ət yemədən yaşadım və bu, həyatımın bir normasına çevrildi. Bu imtahanı özüm üçün keçilmiş sayanda ətə geri döndüm. Məhrumiyyətlərlə özümüzü test edəndə iradə gücümüz güclənir və bütün digər mövzularda da əminlik artır.

Hər gün yeni insan tanımaq

Bu il ərzində özümə qoyduğum məqsədlərdən biri artıq hobbimə çevrilib. Yeni insanları tanımaq, onları kəşf etmək, dostluqlar qurmaq. Buna görə hər gün kimisə, yeni insanı tanımaq üçün komfort zonamdan çıxmağı təcrübə edirəm. Maraqlısı odur ki, insanları tanıdıqca cəmiyyətin reallıqlarını və standartlarını daha yaxşı anlayırsan, insanlara daha çox dəyər verirsən və ortaq fəaliyyət sahələri ortaya çıxmış olur.

Təcrübələr məcburidir

Heç kim gələcəyi bilmir. Heç kim mütləq doğrunu bilmir. Heç kim 5 dəq sonranı bilmir. Kitablar, filmlər, ağıllı insanlar. Bunların hamısı keçmişə dayanıb gələcəyə dair iddialar toplusudur.

Təcrübə, test, yoxlama isə qeyri-əminliyi göstərir və bunu aradan qaldırmaq üçün təcrübələr mütləqdir. Təcrübələri ağıllı etmək üçün hipotezi ortaya qoymaq lazım və onun doğru və ya yalnış olmasını sübut etmək lazım gəlirdi. Təcrübələrin sayı sualların sayından çox olmalıdır. Buna da nəzarət etməli olurdum.

Bilmək və susmaq

İnformasiya gücdür. Öyrənib, araşdırıb, getdikcə əlaqələndirmək, anlamaq və addımlarına qərar vermək dəyərlidir.

Bu il boyunca bilib susmağı çox test etdim. Çətindir, çünki İnsanlara güvənimin itməsi ilə susmağı normal hala gətirməyə çalışdım. Mən susdum, insanlar danışdı. İçimdə isə bilirdim ki, mən bilirəm və bu əminlik verirdi. Lazım olan vaxt isə o bilgilər ilə fəaliyyətimi etdim. Bilib susmağın ləzzətini sizə anlatmağım çətindir. Ən yaxşısı siz özünüz yoxlayın.

İnsanlara güvənmək çətindir, amma başqa seçim yoxdur

Bugünkü iqtisadiyyatda tək oyun oynamaq real deyil. İnsanlarla birlikdə olmalısan, qarşılıqlı dəyər ortaya qoyub birlikdə onun nəticələrindən faydalanmalısınız. İnsanlara güvən mövzusunda çətinliklərim var idi, indi də var. Bunu aşmaq üçün fərqində ola-ola qapıları aralı saxlamaq və risk alıb güvənməyi yoxladım. İmkan verdim ki, istifadə olunmuş kimi hiss edim özümü. Bir neçə halda gözlədiyim kimi güvənim özümə qarşı istifadə olundu, amma çox vaxt güvənmək özünü doğrultdu və qarşılıqlı dəyər qazandıq. Ona görə riyazi gözləmə olaraq, güvənmək güvənməməkdən daha öndədir, deyərdim.

Maliyyə effektivliyi

Qənaət etmək və yığım etmək önəmlidir. O qədər önəmlidir ki, yığımınız yoxdursa, çox riskli durumdasınız. Bunu edə bilmək üçün isə həyat standartınızı təyin etməlisiniz və orada qalmağı öyrənməlisiniz. Yığımınızı da doğru bir şəkildə idarə edə bilməlisiniz, çünki kapitalizmdə pul dəyər deməkdir və o dəyər qazandırmalıdır.

Bir şeyi almaq istəyirsinizsə, vacibliyindən çox əmin olmaq lazımdır. Mən uzun illər "android" telefon istifadə edirəm və "ClubHouse" fenomeni çıxandan "İPhone" ehtiyacı yarandı. Əslində bəhanəm idi. Və 1-2 həftə ərzində hətta 2 dəfə cibimdə pulla gedib "iPhone" almaq istədim, amma ala bilmədim. Çünki özüm özümə bunu əsaslandıra bilmədim. Onun gətirdiyi dəyər ona qoyulan vəsaiti ödəyirdimi? Xeyr.

Məhsul ya marketinq?

İnformasiya paylanması ədalətli və sadə olsaydı, mən yalnız məhsul deyərdim. İnternet elə imkan yaradıb ki, daha çox çalışan öz məhsulunu daha öndə göstərə bilir. "Məhsulun və ya xidmətin yaxşı olsun, müştərilər özləri gələcək" fikri çox köklü və doğru fikirdir. Amma işi zamana buraxmaq istəmirsinizsə, marketinq məcburidir. Hətta ən möhtəşəm məhsul məhz sizdə olsa belə, bunu doğru təqdim etmək vacibdir. Bu mövzuda çoxlu müzakirələrimiz oldu. Məhsulu yaxşılaşdırmaq və marketinqi dəstək olaraq yanında saxlamaq ən doğru yoludur.

Təkliyə çəkilmək və dəyərləndirmək

İş rutinləri və gündəlik işlər onsuz da bitmir. Özümü dəyərləndirmək, nəyi düz, nəyi yalnış etdiyimi anlamaq üçün ay ərzində 1-2 dəfə təkliyə çəkilib, önümdə kağız qələm, masamda qəhvə ilə davamlı "düşünmə sessiyaları" etməyə və faydasını görməyə başladım. Hər belə sessiyadan sonra daha yaxşı və daha məmnun qayıtdım. Özüm üçün qərarlar verdim, fikirlərimi təzələdim.

Bir gün mən olmayacağam

Özümə bu sualı verirəm. Sən öldükdən sonrakı dünyada səni xatırladan, sənin etdiyindən faydalanan nəsə olacaqmı? İnsan özünü qavrayır və sonunu bilir. Buna baxmayaraq elə davranırıq ki, sanki, daim yaşayacağıq. Sizi bilmirəm, amma mən unudulmaq istəmirəm. Bunun üçün də daha çox risk almaq, daha çox iş görmək lazımdır.

Qəbiristanlıqda gəzərkən görürük ki, daş üstündə şəkilləri olan yüzlərlə insan var. Onların hamısı yaşadı və dünyadan getdi, ailələri və bir zaman sonra isə həç kəs tərəfindən xatırlanmadılar. Belə sonluq heç cəlbedici gəlmir. Unudulmamaq və bunun üçün yaşamaq, risklər etmək, doğruların dalıyca getmək və tələsmək çox önəmlidir.

Paylaşmaq və müzakirə etmək

Son il ərzində əsas sosial müzakirə kanalım "LinkedIn" oldu. Bunu bilərəkdən seçdim, çünki xitab etdiyim və fayda verib-ala biləcəyim insanlar orada idilər. Hazırda 14 minə yaxın izləyicim var və demək olar ki, bütün rəylərə və fikirlərə bir bir cavab verirəm. Çox zaman aparsa da, bunun fayda verdiyini və özümün də fayda qazandığımı hiss edirəm.

Bura qədər oxuyub gəlmisinizsə sizə təşəkkür düşür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1763   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur futbolçu məşqlərə səccadə ilə qatıldı

Məşhur futbolçu Kenan Yıldızın məşqlərə və oyunlara səccadə ilə qatılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçunun səccadə ilə klubun bazasına daxil olduğu anlar qısa müddətdə yayılaraq azarkeşlərin diqqətini çəkib. Onun bu davranış

6 may
.

Bundesliqanın ulduzu 30 yaşında futboldan gedir

Dortmund "Borussiya"sı və Almaniya milli komandasının müdafiəçisi Niklas Zyule bu mövsümün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, 30 yaşlı futbolçu bu qərarı aprel ayında "Hoffenhaym"la oyunda diz zədəsi aldıqdan sonra verib. Zyuleni

8 may
.

Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar

Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind

6 may
.

Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?

Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın

6 may
.

Bu 3 cins şalvar qadını daha incə göstərir: "İncə bel" effekti necə yaradılır?

Düzgün model seçildikdə cins şalvarlar bədən quruluşunun üstünlüklərini vurğulayır və gizlətmək istədiyiniz hissələri örtür. Qaynarinfo xəbər verir ki, hər qadın üçün fiquru daha incə göstərən şalvar tapmaq mümkündür. Ən çox effekt verən üç populyar modeli təqdim edirik. Hansı cins şalvarlar daha inc

5 may
.

Epşteynin intihardan əvvəlki məktubunun mətni AÇIQLANDI: "Vida vaxtını özün seçə bilmək əsl zövqdür"

ABŞ məhkəməsi Epşteynin kamerasında tapılan məktubun dərc olunmasına razılıq verib. Məktubda maliyyəçi ölüm anını seçmək azadlığından bəhs edir və günahını inkar edir. Ceffri Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalonaya qarşı cinayət işində illərdir gizli saxlanılan sənəd ABŞ-da ictimaiyyətə açıqlanıb

7 may
.

Qırmızı saçlı insanların hüceyrə "supergücü" qədim təkamül sirrini ortaya çıxardı

Qırmızı saç və narıncı lələklər uzun müddət riskli təkamül xüsusiyyəti kimi qiymətləndirilib. Bunun səbəbi əvvəlki tədqiqatların onları hüceyrə stressini artıran və insanlarda xərçəng riskini yüksəldə bilən dəri piqmentləri ilə əlaqələndirməsi idi. Yeni araşdırma isə göstərib ki, müəyyən şəraitdə həmi

8 may
.

14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı

Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay

5 may
.

"Uzak Şehir"dən gedir

Türkiyədə yayımlanan "Uzak Şehir" serialında mövsüm finalına yaxın yeni ayrılıqlar gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, serialda "Şahin Albora" obrazını canlandıran Alper Çankaya mövsüm finalı ilə birlikdə layihədən ayrılacaq. İddia olunur ki, aktyorun ayrılığ

8 may