Tapdıq, Fazil müəllim, məmur - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
Vaxtı ilə vəzifədə idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:
Layihəmizdə bu dəfə Nazirlər Kabinetinin sabiq mətbuat katibi, 2-ci dərəcə Dövlət müşaviri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlidən bəhs edəcəyik.
O, alim, dövlət qulluqçusu, tanınmış qələm sahibidir. Kimi onu bir yazıçı, kimi də Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimi tanıyır. Amma hər kəs onu öz işinə vicdanla yanaşan bir insan kimi xarakterizə edir. Akif Əlioğlu çoxlarının sevimlisinə çevrilib.
22 fevral 1952-ci ildə Şuşada, hüquqşünas ailəsində dünyaya göz açan Akif Əli oğlu Məhərrəmov 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri, Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru olub.
1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə "Vətən səsi" qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. II dərəcə Dövlət müşaviridir.
Akif Əli "Uzun müharibədə qısa görüşlər", "Tütək səsi" (Tapdıq), "Əgər bir yerdəyiksə" (Məmməd), "Arxadan vurulan zərbə" (Fazil) filmlərinə çəkilib. Bununla yanaşı, "Gözəlliyin qədrini bilək" (1984), "Azərbaycanın müasir kino aktyorları" (1984), "Unudulmaz yollar" (1985), "Məhəbbət təranələri" (1989), "Qaragöz oyunu" (1999), "M.Ə.Sabirin satira sənətkarlığı" (1999), "Öncə – vətəndir" (2003), "Böyük ömrün anları" (2004), "İdrak" (2007), "Vətən mücadiləsi", "M. Ə. Sabirin satira sənətkarlığı" kitablarının müəllifidir.
Ailəlidir, iki övladı var.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1495 Tarix: 15 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR
Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA
Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf
14 sentyabr 2021"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021