Hesablama Palatası bu qurumda yoxlamalar apardı - Nöqsanlar aşkarlandı

Hesablama Palatası bu qurumda yoxlamalar apardı - Nöqsanlar aşkarlandıHesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsi mövzusunda Səmərəlilik (performans) auditi keçirib.

Sonxeber.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, Xidmətin meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində fəaliyyətinin qiymətləndirilməsi, təkmilləşdirmə istiqamətində təklif və tövsiyələrin verilməsi auditin əsas məqsədini təşkil edib.

Hesablama Palatası tərəfindən aparılan audit çərçivəsində aşağıdakılar müəyyən edilib:

- İnstusional islahatların yekunlaşdırılmaması, o cümlədən struktur bölmələrin əsasnamələrinin və məsul şəxslərin vəzifə təlimatlarının müəyyənləşdirilməməsi, meşəpatoloji müayinələrin aparılması haqqında təlimatın hazırlanmaması, meşə gözətçiliyinin fasiləsiz rejimdə funksionallığının təmin olunmaması meşə idarəetməsi fəaliyyətinin səmərəli və nəticəli formada təşkili və həyata keçirilməsi prosesində yol verilən nöqsanlara cavabdehlik baxımından məsuliyyət bölgüsü və intizamsızlıq kimi risklərin mövcudluğuna səbəb olub;

- Meşə quruluşu işlərinin vaxtında aparılmasının təmin olunmaması şəraitində fəaliyyətin məqsədlərini və istiqamətlərini müəyyənləşdirən Milli Meşə Proqramının hazırlanmaması, meşələrin sərhədlərinin və tərkibinin dəqiq müəyyən edilməməsi, meşə xəritələrinin yenilənməməsi, eyni zamanda elektronlaşdırılmaması meşələrdən istifadə, meşələrin bərpası, mühafizəsi və qorunması üzrə əsas ehtiyac olan sahələrin ixtiyari və pərakəndə şəkildə müəyyən edilməsi meşələrin idarə edilməsinin səmərəlilyinə və nəticəliliyinə birbaşa mənfi təsir etməklə yanaşı, dayanıqlı inkişaf məqsədlərinə də nail olunmasını mümkünsüz edib;

- 2000-ci ilədək olan dövrdə təsdiq edilmiş hüquqi bazanın müasir sosial-iqtisadi şəraitə uyğunlaşdırılaraq yenilənməməsi meşələrin istifadəsindən potensial gəlirlərin əldə edilməsinə və meşəyə qulluq üzrə daha yaxşı nəticələrin əldə olunmasına, qanunsuz qırmalarla meşələrə vurulmuş zərərin qarşısının azaldılması üzrə səmərəli və nəticəli fəaliyyətin aparılmasına münbit şərait yaratmayıb;

Funksional fəaliyyətin həyata keçirilməsi üçün işçi qüvvəsinin çatışmazlığı və maddi-texniki təchizatın zəif olması meşəbərpa fəaliyyəti üzrə əkinlərin baxımsız vəziyyətə düşməsi halları ilə nəticələnərək, həmin əkinlərin batması, bitiş faizinin aşağı düşməsi halları ilə əlaqədar riskləri qabaqcadan şərtləndirmiş, eyni zamanda meşə dolaylarının sahəsinin geniş olmasına baxmayaraq zəruri vasitələrlə lazımi təminatın olmaması şəraitində səmərəli nəzarət fəaliyyətinin aparılması baxımından meşə gözətçiləri üçün çətinliklər yaranmış, resurs çatışmazlığının aradan qaldırılması üçün Meşələrin qorunub saxlanması və təkrar istehsalı Fondunun sərbəst vəsaitlərinin (vəsait qalığı auditlə əhatə olunan dövrdə 11 dəfə artaraq 01.01.2021-ci il tarixə 6,4 milyon manat təşkil etmiş) meşə təsərrüfatının zəruri ehtiyaclarının ödənilməsində istfadə olunması təmin edilməyib.

Palata hesab edir ki, auditlə əhatə olunan dövrdə meşələrin mühafizəsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi üzrə müşahidə kameralarından və peyk görüntülərindən, xüsusilə də dronlar kimi müasir texnologiyalardan istifadə olunmamışdır ki, bu isə daha səmərəli nəzarət fəaliyyətinin aparılmasına imkan verməyib.

Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadəyə verilmiş meşə fondu sahələrində yalnız ictimai-iaşə fəaliyyəti təşkil edilmiş və əvvəlki illərdə əsaslı tikintilər aparılmış, eləcə də meşə fondu torpaqlarının icarəçilərilə müqavilələrin vaxtının bitməsindən sonra yeni müqavilələr bağlanılmadan və ya ümumiyyətlə torpaq sahələrindən istifadə hüququ verən müqavilələr olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi halları çoxluq (65 % civarında) təşkil edib, icarə haqları torpaqların bonitet əmsalları əsasında regionlar üzrə differensiallaşdırılma aparılmadan və real bazar şəraiti nəzərə alınmadan müəyyənləşdirilmişdir ki, bu da faktiki və potensial gəlirlərin mümkün olan həcmlərdə reallaşdırılmamasını göstərib.

Eyni zamanda, əsas gəlir mənbəyi olan odun və işlik oduncağın satış qiymətlərinin müəyyən olunmasında vahid yanaşmanın tətbiq olunmaması, qiymətlərin müştəri qrupları üzrə müəyyənləşdirilməməsi, meşə bağlarında məhsul verimliliyinin istehlak tələblərinə uyğun olmaması, meşə-bağlarından ikinci dərəcəli meşə materiallarının tədarükünün rentabelsiz, habelə bu istiqamətə sərf edilən resursların nəticəsiz olmasına gətirib çıxarmış, odun kömürü və qurudulmuş işlik oduncaq istehsalının təşkili üçün zəruri işlərin görülməməsi və yaş oduncağın ölçülərinə dair istehlakçıların tələblərinin nəzərə alınmaması bu sahədə də mövcud olan potensial gəlir imkanlarının səfərbər olunmaması ilə yanaşı, həm də vətəndaşların qanunsuz ağac kəsmələrinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyinə mənfi təsir göstərib.

Auditin nəticəsinə görə, torpaq sahələri üzrə icarə haqlarının tutulması üzərində qanunvericiliklə nəzarət səlahiyyətlərinə malik olan vergi orqanının məlumatlarına əsasən 500 min manatdan çox məbləğdə öhdəliyin dövlət büdcəsinə köçürülməsi təmin edilməmiş, eyni zamanda müqavilə şərtlərinin yerinə yetirilməməsi müqavilə tərəflərindən biri olan Meşələrin İnkişafı Xidməti tərəfindən müqaviləyə xitam verilməsi üçün hüquqi əsaslar yaratdığı şəraitdə vergi orqanları ilə ekologiya orqanları arasında zəruri məlumatların mübadiləsinin aparılmaması dövlət mülkiyyətində olan torpaqların icarə haqları ödənilmədən istifadəsi ilə nəticələnib.

"Meşə fondu torpaqlarının icarə haqlarının bir qayda olaraq qanunvericiliklə müəyyən edilmiş minimum həddlərdə müəyyən edilməsi bir tərəfdən icarə haqları üzrə gəlirlərin artırılması imkanlarından istifadə edilməməsinə, digər tərəfdən isə investisiya imkanları zəif olmaqla icarəyə götürdükləri sahələri uzun müddət istifadəsiz saxlayan sahibkarların iqtisadi aktivliyinin olmaması ilə ümumi prosesin səmərəliliyini sual altında qoyub.

Meşə Məcəlləsində yalnız meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarının meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə icarəyə verilməsi qeyd edildiyi halda, meşə bitkiləri ilə örtülü olan sahələrin də icarəyə verilməsi, icarəçilər tərəfindən həmin ərazilərdə torpaq hazırlığı işlərinin aparılması zamanı ərazidə olan meşə bitkilərinin də qırılması, meşə fondu sahələrinin meşəbərpa məqsədlərinə cavab verməyən bitkilərin əkini üçün icarəyə verilməsi hallarına rast gəlinmişdir ki, bu da icarəyə verilmiş sahələr üzrə meşəbərpa məqsədlərinə nail olunmama risklərini qabaqcadan şərtləndirib.

Meşə ərazilərində xəstəliklər və zərərvericilərlə mübarizə məqsədilə sistemli araşdırma və elmi-tədqiqat işləri aparılmamış, regional strukturlardan gələn konkret faktlar üzrə tədbirlərin görülməsi üçün zəruri preparatların təchizatı tam və vaxtında təmin edilməmiş, real vəziyyət və müvafiq statistik məlumatlar arasında uyğunsuzluqlar müşahidə edilmiş, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin yetərli olmaması ağacların quruması və xəstəliklərin yayılması halları ilə nəticələnib", - məlumatda deyilir.

Hesablama Palatanın qənaətinə görə, yanğından mühafizə üzrə zəruri maddi-texniki baza lazımi səviyyədə formalaşdırılmamış, köhnə meşəliklərdə bir çox hallarda meşəarası yollar çəkilməmiş, köhnə örtülü meşə ərazilərinin əksəriyyəti kol-kosdan və əvvəlki dövrlərdə qurumuş və qırılmış ağaclardan təmizlənməmiş, bır sıra yerlərdə köhnə meşəlik əraziləri ilə kənd təsərrüfatı bitkilərinin əkildiyi ərazi arasında mineral zolaqlar salınmamışdır ki, bu da yanğınların baş verəcəyi halda daha ciddi fəsadların olması riskini artırıb.

"Tinglik sahələrində əkin üçün tələb olunan standartlara uyğun olmayan ağacların (tinglərin) olduğu müəyyən edilmiş, həmin tinglik sahələrində tədricən örtülü meşə sahələrinin yaranması baş vermişdir ki, bu da zəruri infrastruktura malik olan tinglik sahələrindən səmərəsiz istifadə edilməsini, dövlət resursları hesabına yaradılmış həmin tinglərin bitməsi baxımından fəaliyyətin nəticəli olmamasını deməyə əsas verib..

Meşəbərpa üzrə dayanıqlı inkişaf məqsədlərində göstərilən hədəflərə nail olunma istiqamətində fəaliyyət yetərli olmamış, meşə ərazisinin ümumi torpaq ərazisində payı göstəricisi üzrə FAO-nun və Statistika Komitəsinin məlumatları arasında uyğunsuzluqlar mövcud olmuş, dayanıqlı inkişaf məqsədlərinin "Dayanıqlı meşə idarəetməsində tərəqqi" indikatoru üzrə meşələrin hər hektarında tonla torpaqüstü biokütlə ehtiyatı göstəricisi isə ümumiyyətlə hesablanmayıb.

Meşə əkinlərinin aparıldığı və örtülü meşəyə keçirilmiş sahələrin dəqiq xəritələrinin olmaması səbəblərindən hesabatlılıqda qeyd olunmuş meşə əkinlərinin və örtülü meşəyə keçirilmiş sahələrin faktiki əsaslılığının sonrakı nəzarət qaydasında müəyyənləşdirilməsi mümkün olmamış, 2013-cü ildən sonrakı dövrlərdə meşə əkinləri və onların batma (məhv olma) göstəricilərinin 2018-2020-ci illər ərzində örtülü meşəyə keçirilmiş sahə göstəriciləri ilə müqayisəsi örtülü sahəyə keçirilmiş meşə sahəsi göstəricilərinin real olmaması mənzərəsini yaradıb.

Meşə təsərrüfatı işləri çərçivəsində zəruri meyarların nəzərə alınmaması səbəbindən əsasən yüksək dağlıq ərazilərdə aparılmış meşə və meşə-bağ əkinləri baxımsızlıq və sərt iqlim şəraitində məhv olmuşdur ki, bu da resurslardan səmərəsiz və nəticəsiz istifadəyə səbəb olmaqla 2017-2020-ci illər ərzində 8,7 min ha ərazidə həyata keçirilmiş meşə əkinlərinin orta hesabla 22 %-nin batması ilə nəticələnib", - məlumatda deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1567   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021