Zəng edən bank əməkdaşıdır, yoxsa dələduz? - ARAŞDIRMA

Zəng edən bank əməkdaşıdır, yoxsa dələduz? - ARAŞDIRMAMütəxəssislər deyirlər ki, müştəri ilə bağlı məxfi məlumatların çoxu bankda olur və əməkdaşın müştəridən həmin məlumatları istəməyinə ehtiyac yoxdur. Əgər bunu soruşurlarsa, deməli...

Bank kartlarından oğurluq, oğurluğa cəhd hallarının sayı son vaxtlar xeyli artıb. Bank adından zəng edərək, yaxud bankın vəzifəli şəxslərinin adlarından mesaj yazaraq vətəndaşlardan kart məlumatlarını istəyirlər. Ümumiyyətlə, müxtəlif yollarla şəxslərin kart məlumatlarını əldə etməyə cəhdlər olur. Əgər bu istəklərinə çatırlarsa, şəxsin kartındakı bütün məbləği çəkirlər.

Bəzi vətəndaşlar ayıq tərpənib kart məlumatlarını həmin şəxslərlə paylaşmasalar da, aldananlar da az deyil. Bəs aldanmamaq üçün nələri bilməliyik?

"Kaspi" qəzeti məsələni araşdırmaq qərarına gəlib.

Şübhəli məqam

Mərkəzi Bankın Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyir ki, müştəri ilə bağlı məxfi məlumatların çoxu bankda olur, ona görə, bank əməkdaşları konfidensial məlumatları telefonda istəmirlər: "Son dövrlər, xüsusilə sosial şəbəkə üzərindən bank adından əlaqə saxlayıb müştərilərdən kartları ilə bağlı bir sıra konfidensial məlumatlar istənilir. Bu, bəzən müştərilərdə şübhə yaratmır. Amma müştəri diqqətlə yanaşsa, onda şübhə yaranacaq ki, bank ona hansı məqsədlə zəng edir? Çünki müştəri ilə bağlı məxfi məlumatların çoxu bankda olur və əməkdaşın müştəridən həmin məlumatları istəməyinə ehtiyac yoxdur. Əgər bunu soruşurlarsa, deməli, bank əməkdaşı deyil".

Bank 16 rəqəmli kodu istəmir

R.Mahmudovun sözlərinə görə, bank əməkdaşı telefonda kartın 16 rəqəmli kodunu istəyə bilməz: "Müştəri bankla əlaqə saxlayanda bank əməkdaşı telefonda müştəri ilə eyniləşdirmə, dəqiqləşdirmə aparır. Məxfi söz soruşulur. Bir də kartın 16 rəqəmli kodunun son 4 rəqəmi yetərli olur ki, bank əməkdaşı onu sistemdə tapsın. Bank əməkdaşının 16 rəqəmin hamısını telefonda istəməyinə ehtiyac yoxdur. Kimsə telefon zəngi ilə kartın 16 rəqəmini və digər məlumatlarını istəyirsə, bunları üçüncü tərəfə verməklə təhlükəyə atırsınız. Kart məlumatlarını üçüncü tərəflə paylaşmaq lazım deyil. Əgər məxfi məlumatları kiməsə verirsinizsə, artıq dələduzlara şərait yaratmış olursunuz".

Zəngdən şübhələnirsinizsə...

R.Mahmudov deyir ki, daha şübhəli bir məqam isə bankın rəhbər işçilərinin adından əlaqə saxlanılmasıdır: "Vətəndaşlar bilsinlər ki, müştəri ilə əlaqə saxlamaq üçün bankda əməkdaşlar var. Əməkdaşlar ola-ola rəhbər şəxsin müştəri ilə əlaqə saxlamasının özü də şübhə doğuran faktdır".

R.Mahmudov vurğuladı ki, əgər müştərilərin telefon danışığı zamanı şübhələndikləri hal olarsa, danışıqdan imtina etməli və özləri bankın müştəri xidməti ilə əlaqə saxlamalıdırlar.

3 təhlükəsizlik qaydası

Kibertəhlükəsizlik üzrə ekspert Tural Məmmədov deyir ki, ilk olaraq üç təhlükəsizlik qaydasına riayət etməliyik: "Kartlarla bağlı ödəniş alırıqsa, istənilən növ pulköçürmə əməliyyatında birmənalı olaraq 16 rəqəmdən başqa heç bir məlumat qarşı tərəfə ötürülməməlidir. İkinci vacib məqam - bütün bank kartlarında "sms security" aktiv edilməli və bu sms-lər heç bir halda heç kimlə bölüşdürülməməlidir. Üçüncüsü, ödəniş zamanı ödəniş edilən sistemə - portala diqqətin edilməsidir ki, hansısa fişinq hücumunun qurbanı olmayasan.

Fişinq hücumlarında, əsasən, hansısa məşhur domen və ya portalların oxşar versiyası yaradılaraq insanları aldatmağa çalışırlar. Bu zaman domen adının bitmə hissəsinə diqqət etmək lazımdır. Məsələn, siz "online.azerbank.az" domenindən ödəniş etməlisinizsə, sizə ödəmə linki kimi "azerbank.online.az" domeni təqdim edilirsə, anlamalısınız ki, bu iki domen tamam fərqlidir. Bunlardan birincisi banka aid "azerbank.az" domenidirsə, ikincisi "online.az" kimi xidmət göstərən tamam başqa bir sahə üçün domen adıdır. Və ya "online.azarbank.az" təqdim edilirsə, baxmaq lazımdır ki, istifadə olunan domen adında hərf dəyişikliyi varmı".

Vişinq hücumu ilə bağlı qızıl qayda

T.Məmmədovun sözlərinə görə, bank əməkdaşları adından zəng edilən zaman isə əsas bir məsələyə diqqət yetirmək lazımdır: "Fişinq hücumun səsli versiyası olan vişinq hücumları ilə bağlı isə bir qızıl qayda var. Bank heç bir zaman sizə zəng edib kart məlumatlarınızı hər hansı səbəb üçün istəmir. Bunu istəyirsə, təbii ki, vermək olmaz. Bu zaman qarşı tərəf məqsədinə çata bilmir".

Tələsdirirlərsə…

T.Məmmədov deyir ki, əgər dələduzların hədəfinə tuş gəlibsinizsə, onlar daim müxtəlif bəhanələrlə sizi tələsdirəcəklər: "Tələsdirmə və hədəf şəxsin qərar verməsinə sövqetmə belə hücumların əsas qayəsidir. Şübhəli durumlarla qarşılaşdıqda tələsik qərar verməmək üçün ilk edəcəyiniz iş ən yaxşı halda üçüncü şəxslərdən məsləhət almaq və prosesi uzatmaq olmalıdır".

"Sıfır güvən"

T.Məmmədov qeyd etdi ki, kart məlumatlarının paylaşılması ilə bağlı "zero trust" (Sıfır güvən) qaydasına riayət edilməlidir: "Kartdan karta kimsə sizə ödəniş edəcəksə, bu zaman kartın şəklini çəkib göndərmək əvəzinə, lazım olan kodu yazıb göndərmək daha məsləhətdir. Çünki kartın şəklini çəkdiyiniz zaman kartda vacib məlumatlardan olan kartın bitmə tarixi də qarşı tərəfə göndərilmiş olur. Çox məhdud sayda olsa da, internetdə elə xidmətlər var ki, oradan CVC kodsuz alış-veriş etmək mümkün olur. Belə halların qurbanı olmamaq üçün kart məlumatlarının bu formada şəklinin paylaşılması məqsədəuyğun deyil. Bunu bəzən hansısa yardım kampaniyalarında edirlər. Bu, heç də təhlükəsiz deyil. Bunun əvəzinə, ödəniş üçün sadəcə 16 rəqəmi və ya hesab nömrəsini paylaşa bilərsiniz. Təhlükəsizliklə bağlı "zero trust" deyə bir qayda var. Fərdi məlumatlarla və ya kartlarla işləyərkən hər kəsə "zero trust" yanaşması tətbiq edilməlidir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3467   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021