Zəngilanda televiziya və radio yayımı təmin olunub - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" (Teleradio) İstehsalat Birliyi Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə etməklə 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımını təmin edib.
Sonxeber.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu, Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanının icrası ilə əlaqədar infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində görülən işlər çərçivəsində baş tutub.
Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq ötən il dekabrın 31-dən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.
Həmçinin bu il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.
Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir.
O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 851 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrBakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrRazi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə
27 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabrBakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu
Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is
27 oktyabr35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video
Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri
26 oktyabr