Azərbaycanda yüksək vəzifəli şəxsin tutulmasının əməliyyat görüntüləri - YENİLƏNİB + FOTO/VİDEO
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynalov Mübariz Ağakərim oğlunun saxlanılmasının görüntüləri yayılıb.
Videoda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatın görüntüləri əks olunub.
Kadrlarda M.Zeynalovun 1000 manatı rüşvət qismində alması aydın görünür.
Həmin görüntüləri təqdim edirik:
15:02
"Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin (PHŞ) direktorunun qanunsuz əməlləri barəsində daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2000 manat pul vəsaitinin 1000 manatını alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7796 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yeni park salınır - Fotolar
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrAzərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
27 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabr