Zorla ərə verilən qız və sevgilisi intihar edib - Ataya cinayət işi başlanıb
Yardımlı rayonunda Xanhüseyn Mirzəyev 21 yaşlı qızını zorla ərə verib. Bundan sonra həm qızı, həm də qızının sevgilisi intihar edib. Hadisə ilə əlaqədar ata haqda cinayət işi başlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Köryədi kənd tam orta məktəbində müəllim işləyən X.Mirzəyev 1999-cu il təvəllüdlü qızı Bahar Mirzəzadəni zorla öz qohumu və həmkəndlisi Vüqar adlı şəxslə evlənməyə məcbur edib.
2020-ci il martın 8-də qızın toyu olub. Onun sevdiyi oğlan, Saatlı rayon sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərqulu oğlu Süleymanzadə buna dözməyərək özünü öldürüb. O, toydan 3 gün sonra, martın 11-də rayon mərkəzində yerləşən peşə liseyinin həyətindən özünü asmaqla həyatına son qoyub.
Bundan sonra sevgilisinin özünü öldürdüyünü eşidən Bahar da intihar edərək canına qıyıb.
İstintaq zamanı hər iki hadisə araşdırılarkən səbəb müəyyən edilib. Təsdiq olunub ki, gənclər X.Mirzəyevin qızını zorla ərə verməsi səbəbindən həyatlarına qıyıblar.
Buna görə B.Mirzəzadənin atası barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Xanhüseyn Mirzəyev "Qadını nikaha daxil olmağa məcbur etmə" maddəsi ilə təqsirləndirilib.
Yardımlı rayon məhkəməsinin qərarı ilə 2 nəfərin intiharına səbəb olan Xanhüseyn Mirzəyev 3 min manat cərimə olunub. Prokurorluq qərardan narazı qalaraq protest verib və cəzanın ağırlaşdırılmasını tələb edib.
Protestdə qeyd edilib ki, X.Mirzəyevin törətdiyi cinayət əməli ilə qızını həmkəndlisi Vüqarla nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törədib.
Həmin maddədə maksimal cəza 2 il müddətə azadlıqdan məhrum etməkdir. Lakin yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Xanhüseyn Mirzəyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu hadisədə günahı olmayıb: "Mənim heç bir günahım yox idi, məhkəmənin qərarı ilə razıyam. Qızım Bahar o oğlanı (ərini) istəmədiyi üçün özünü öldürüb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2018 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yeni park salınır - Fotolar
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrAzərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
27 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabr