Bakıda koronavirus yuvası olan məktəb - Rəhbərlik niyə məsuliyyətsizlik edir? - AÇIQLAMA

Bakıda koronavirus yuvası olan məktəb - Rəhbərlik niyə məsuliyyətsizlik edir? - AÇIQLAMABakının Nəsimi rayonunda yerləşən Namiq Məmmədov adına 9 nömrəli orta məktəbin 7 B sinfində bir şagirddə koronavirus aşkarlansa da sinif distant təhsilə keçməyib.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətt"inə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, Nəsimi rayonu ərazisində Namiq Məmmədov adına 9 nömrəli məktəbin 7b sinif şagirdi Həsən İsmayılzadənin COVID-19 testi müsbət çıxıb. Şagirdin testinin nəticəsi oktyabrın 16-da pozitiv çıxıb. Bu hadisədən sonra həmin sinifin digər şagirdlərinin də səhhətində problemlər yaranıb. Valideynlər şikayətlərində bildiriblər ki, uşaqların xəstələnməsinə baxmayaraq təhsil müəssisənin rəhbərliyi sinifi bağlamayıb və dərslər hələ də ənənəvi qaydada məktəbdə davam etdirilir.

Həsən İsmayılzadənin anası İlahə İsmayılzadə BAKU.WS-ə şikayətində qeyd edib ki, övladının koronavirusa yoluxduğunu bilən kimi bu barədə məktəbə məlumat verib.

"Bu barədə oktyabrın 16-da məktəbə məlumat vermişik. Testin cavabı müsbət çıxan kimi, oktyabrın 16-da saat 16:38-də oğlumun sinif rəhbəri Ayğün xanıma bu barədə bildirmişəm. Bundan başqa, Gigiyena Epidemiologiya Mərkəzi ilə də əlaqə saxlanılıb və məlumat verilib. Qurumdan bildirdilər ki, sinif distant təhsilə keçəcək. Lakin hələ də bir tədbir görülməyib", - deyə İlahə İsmayılzadə bildirib.
Bakıda koronavirus yuvası olan məktəb - Rəhbərlik niyə məsuliyyətsizlik edir? - AÇIQLAMAMəsələyə aydınlıq gətirmək üçün həmin məktəbin direktoru Zinət Məmmədova ilə əlaqə saxladıq. Direktor BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin şagirdə test nəticəsi müsbət çıxsa da, sinif bağlanmayıb. Çünki bu barədə qərarı Gigiyena Epidemiologiya Mərkəzi verir.

"Məktəb rəhbərliyinin distant təhsilə keçməklə bağlı qərar verməyə ixtiyarı yoxdur. Sinfin bağlanması ilə bağlı qərarı Gigiyena Epidemiologiya Mərkəzi verir", - deyə Zinət Məmmədova bildirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Qurumun baş direktor müavini Afaq Əliyeva BAKU.WS-ə açıqlama verdi ki, mütləq bu barədə tədbir görüləcək.
"Bu barədə Nəsimi rayon Gigiyena Epidemiologiya Mərkəzinə tapşırıq veriləcək. Mütləq məktəblə əlaqə saxlanılacaq və lazım olan tədbirlər görüləcək, - deyə Afaq Əliyeva bildirib.

Nəsimi rayon Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aybəniz Seyidli BAKU.WS-ə açıqlamasında bildirdi ki, şagirdin xəstələnməsi barədə məlumat onlara oktyabrın 19-da daxil olub.

"Bu barədə bizə məlumat daxil olan kimi nümayəndəmiz Kəmalə xanım həmin məktəbdə olub. Məktəb rəhbərliyinə xüsusi göstəriş olub ki, 7 B sinfində əyani dərslər dayandırılsın və sinif distant təhsilə keçsin. Əgər bu qərarə əməl edilməyibsə, burada günah məktəb rəhbərliyindədir. Yəqin ki, anlaşılmazlıq olub", - deyə Aybəniz Seyidli bildirib.

Qurum rəsmisi xüsusi göstəriş verərək, həmin məktəbin direktoru ilə əlaqə saxladı və tapşırıq verdi ki, dərhal 7 B sinfində əyani dərslər dayandırılsın.

Qeyd edək ki, 9 saylı məktəbdə koronavirusa yoluxma digər siniflərdə də qeydə alınıb. Bu səbəbdən də məktəbin 8 B, 3 A, 5 C və 10 C sinifləri distant təhsilə keçib.

Ümid edirik ki, məktəb direktorları bundan sonra işinə məsuliyyətlə yanaşacaq və rəhbərlik etdiyi məktəbin şagirdlərinin həyatını təhlükəyə atmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1633   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr