Bir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTO

Bir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTOBir müddət öncə Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz İxtiyar İlqaroğlunun nəşinin tapılması ilə bağlı məlumat vermişdik. Vətən müharibəsi zamanı silahdaşları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə iştirak edən İxtiyar İlqaroğlu döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhadətə yüksəlib.

Azərbaycan Ordusunun giziri İxtiyar Əliyev Vətən müharibəsi zamanı, ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Şəhidin atası İlqar Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bir ilə yaxındır oğlunun nəşinin axtarışları istiqamətində işlər gedirdi:

"İxtiyar mənim böyük oğlum idi. 1994-cü il iyul ayının 6-da Goranboy rayonunun Goranlı kəndində dünyaya gəlib. Orta təhsilini elə Goranlı kənd orta məktəbində aldıqdan sonra 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində çəkib.

2014-cü ildən sonra Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirib. Vətən müharibəsi başlayandan oğlum xidmətdə olub və elə ön cəbhəyə yollanan ilk dəstələrin içərisində irəli gedib.

İxtiyar çox mərd oğul idi. O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub".

Şəhid atası deyir ki, İxtiyar müharibənin ilk günlərində 4 güllə yarası alsa da, döyüşlərə davam edib:

"Sol ayağı, sağ əli, qabırğasından yaralanmışdı. Sosial şəbəkədə Murovdağ zirvəsində daşların üzərində yatan hərbçilərin fotosu yayılmışdı. İxtiyar o uşaqların içərisində idi. Dörd gün ac-susuz qalmışdılar. Ordan yaralı olaraq oktyabrın 1-də Ballıqaya istiqamətinə gediblər. Sonra onlara kömək gəlib və yaralılarla birgə İxtiyar da oktyabrın 1-dən 4-nə kimi hospitalda müalicə alıb.

Oktyabrın 4-də yanına getdim, nə qədər danışdım, yaralı olduğunu dedim, məni eşitmədi. Müharibə başlamazdan 9 ay əvvəl evləndirmişdik. Dedim ki, ailən gözləyir, gəl, qayıt, yaralısan. Mənə dedi ki, "Vətən dardadı, ata, nə ailə? O, murdarları təmizləmək lazımdır". Oğlum elə Vətən üçün doğulmuşdu, Vətən yolunda da şəhid oldu. Bir ildən sonra bu il oktyabrın 6-da oğlumun nəşi tapıldı. Oktyabrın 14-də isə doğulduğu kənddə dəfn edildi".

İxtiyar İlqaroğlunun nəşinin axtarışlarında hərbçi qardaşı Bəxtiyar İlqaroğlu da iştirak edib. Şəhid atası deyir ki, aidiyyəti qurumlarla birlikdə qardaşını axtaran kiçik oğlu da minaya düşüb:

"Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm, qaziyəm. Kiçik oğlum Bəxtiyar İlqaroğlu 1995-ci ildə anadan olub. O da Dövlət Sərhəd Qoşunlarında xidmət edib. Qardaşının axtarışları zamanı bu ilin aprel ayının 6-da minaya düşərək xəsarət alıb. Aldığı xəsarətlərdən onun sağ ayağı amputasiya edilib. Ondan sonra xidmətdən tərxis olunub".
Bir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTOBir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTOBir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTOBir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTOBir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTOBir il sonra nəşi tapılan şəhidimizin atası: "Axtarışlar zamanı o biri oğlum da minaya düşdü" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2120   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr