Kainatda ilk qalaktikalar belə yaranıb - İZAH
Bizə daha yaxın yerləşən ən kiçik və tutqun qalaktikaların yeni təsvirləri astronomlara Kainatın erkən strukturunda ilk ulduz və qalaktikaların yaranma ssenarisini bərpa etməyə imkan verib. Tədqiqatın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc edilib. Onilliklər ərzində astronomların cavab verməyə cəhd etdikləri maraqlı suallardan biri ilk qalaktikaların necə və nə zaman yaranması ilə bağlıdır.
Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, fərziyyələrdən birinə görə, ilkin qalaktikalarda ulduzların formalaşması dayanıqlı tempdə başlayaraq, tədricən daha böyük və massiv sistem yaradıb. Digər fərziyyəyə görə, bu yaranma qovuşmuş və güclənmiş qaz akkresiyası kimi hadisələrin yaratdığı qısamüddətli ulduz əmələgəlmə partlayışları ilə daha şiddətli, lakin arası kəsilən şəkildə baş verib.
Britaniya və İspaniya astronomları Kainatın yaxınlığında sərhəd sahələri adlanan hissədə ən kiçik və zəif qalaktikaları üzə çıxarmaq üçün "Hubble" və Böyük Kanar teleskoplarının məlumatlarından istifadə ediblər.
İspaniya Astrobiologiya Mərkəzindən Pablo Peres-Qonsalesin sözlərinə görə, qalaktikaların yaranmasını avtomobillə müqayisə etmək olar. İlk qalaktikalar yeni ulduzları sürəti xüsusi artırmadan yavaş-yavaş, lakin davamlı olaraq yerləşdirən və uzun müddət ərzində qazı aramla nisbətən kiçik ulduzlara çevirən - ulduz əmələgəlmə prosesinin "dizel" mühərrikinə malik ola bilərdi. Yaxud da yaranma prosesi kəskin ola bilərdi; qeyri-adi dərəcədə böyük, qalaktikanı dağıdan, onun fəaliyyətini bir müddət və ya həmişəlik dayandıran nəhəng ulduz əmələgəlməsi ilə müşayiət oluna bilərdi. Hər bir ssenari müxtəlif proseslərlə, o cümlədən qalaktikaların qovuşması və ya ifrat massiv qara dəliklərin təsiri ilə bağlıdır.
Tədqiqatçılar kiçik qalaktikaların tədqiqi üçün "Hubble" və Böyük Kanar teleskoplarının gücünü "təbii teleskoplar" - qravitasiya linzaları ilə birləşdiriblər.
Mançester Universitetinin professoru Kris Konselisin sözlərinə görə, bəzi qalaktikalar topa adlandırılan böyük qruplar halında mövcuddur. Onlar ulduz, qaz və tutqun materiyadan ibarətdir və çox böyük kütləyə malikdir. Kütlə o qədər böyük olur ki, fəza-zamanı əyir və onlar təbii teleskop kimi fəaliyyət göstərir. Onlar qravitasiya linzaları adlandırılır və alimlərə parlaqlığı artmış və daha yüksək məkan həlli olan uzaq və zəif qalaktikaları görməyə imkan yaradır.
Tədqiqat göstərib ki, qalaktikaların yaranması fəallığın fasilə verməsi və püskürməsi ilə müşayiət edilir, sonra sakitlik olur, yəni çox güman ki ikinci fərziyyə doğrudur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1070 Tarix: 23 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR
Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA
Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf
14 sentyabr 2021"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021