Sevgilisini yataqda öldürərək evi qarət etdi - VİDEO

Sevgilisini yataqda öldürərək evi qarət etdi - VİDEO23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovanın (1970-ci il təv.) meyiti aşkar edilib. Mətbəx otağındakı divanda, açıq vəziyyətdə, üstündə açar olan kiçik çamadan tapılıb. Maddi subut kimi yataq otağından qana bulaşmış paltarlar, qan nümunələri və hamamda olan kül qabının üzərindən əl-barmaq izləri götürülüb.

Sonxeber.az Baku TV-yə istinadən xəbər verir ki, Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanınlıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Maya Kərimovanın ölümünə — sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sentyabrın 29-da şübhəli şəxs qisminə Lənkəran şəhərində qeydiyyatda olunan, (2001-ci il təv.) Rəsul Quluzadə və Heydər Nəsirli tutulublar. Dindirilərkən onlar bildiriblər ki, pul ələ keçirmək məqsədi ilə qadını tanışları Farid Axundov qətlə yetirib.

Axundovun yaşadığı ünvan müəyyən edilib. Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi ev 14 mənzil 218-də onun arvadı könüllü istintaqa 6550 avro və qızıl əşyaları təqdim edib. Oktyabrın 3-də Farid Axundov (1987-ci il təv.) Heydər Əliyev adına Hava Limanında 29-cu şöbənin əməkdaşları
tərəfindən tutulub.

İstintaqla müəyyən edilib ki, 2019-cu il sentyabrın 23-ü gecə saat 01:15-də Farid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirli quldurluq məqsədi ilə Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-ə basqın ediblər. Yatmış vəziyyətdə olan Maya Kərimovaya bıçaqla 6 dəfə zərbə vuraraq, onu xüsusi amansızlıqla qəsdən öldürüblər. Mənzildə axtarış apararaq 10.000 avro, 6.000 dollar, 10.219 manat dəyərində qızıl-zinət əşyalarını, 1.015 manat dəyərində 2 ədəd mobil telefonu və 35 manat dəyərində pul kisəsini ələ keçirib hadisə yerini tərk ediblər.

Nəsimi rayonunda yerləşən komersiya bankının kamera görüntülərinə baxış zamanı, saat 16:55-də bir nəfər əlində sellofan, əynində qara rəngli köynək və cins şalvar olan oğlanın kassaya yaxışlaşıb, 100 dollar təqdim etməsi müşahidə olunub. Həmin şəxs kassadan ona təqdim olunmuş manat və qəpikləri kağız sənədlə birlikdə götürərək, ordan uzaqlaşıb. İstintaq zamanı həmin şəxsin Farid Axundovun qayını İsmayıl Becanlı olması məlum olub. (videofayl var)

Təqsirləndirilən Farid Axundov Maya Kərimovanı hələ universitetdə oxuduğu vaxtdan tanıdığını bildirb. Onunla təsadüfən şəhərlərarası avtobusda tanış olub, aralarında yaxın münasibət yaranıb. Maya əvvəllər evli olmayıb. Sevgili olduqları müddətdə qadın daim onu pulla təmin edib, əksər xərclərini ödəyib. Mayanınn sələmə pul verməklə məşğul olub.

Hətta bir neçə dəfə evində olan pulları oğurlamaq istəsə də, qorxduğu üçün fikrindən yayınıb. 2016-cı ildə evləndikdən sonra onunla demək olar ki əvvəlki münasibətini kəsib. Ara-bir telefonla danışıb, nadir hallarda görüşüb. Mayanın Yasamal rayonunda yaşadığı evdə dəfələrlə olub. Təxminən 6-7 il olar ki, marixuana və metadon adlı narkotik maddələr qəbul edir.

Narkotik vasitələri Lənkəran rayonunda tanımadığı adamlardan alıb. 2019-cu ilin avqust ayında işdən çıxdıqdan sonra lizinqə "Khazar" markalı ağ rəngli avtomobil götürüb. Taksi fəaliyyəti ilə məşğul olub. Lənkəran rayonundan olan Rəsul Quluzadəni uşaqlıqdan tanıyıb. Son vaxtlar "Topaz"da mərc oyunları ilə əlaqədar 2500 dollar məbləğində pul borcu yaranıb. Evdə olan özünün və həyat yoldaşının qızıl-zinət əşyalarını "Gənclik" metrostansiyasının yanında, Atatürk prospekti, 2 ünvanında yerləşən "Lombard"da qoyaraq təxminən 1500 manat pul alıb. Sentyabrın 19-da Mayaya zəng edəndə, qadın anası xəstələndiyi üçün Lənkəranda olduğunu deyib. Zəng vurmaqda məqsədi görüşmək, Mayanı evində yatızdıraraq pullarını götürmək ələ keçirmək olub. Bunu Rəsula da bildirib. Ayın 21-də narkotik maddə almaq üçün tanışı ilə Lənkərana yollanıb.

Rəsulu evlərinə qoyduqdan sonra 200 manata metadon, 50 manata isə marixuana alıb. Həmin gün Rəsulla Bakıya qayıtıblar. Yenə telefon əlaqəsi saxladıqda, Maya ayın 22-də qayıdacağını, işini qurtardıqdan sonra istədiyi vaxt evinə gəlməyini bildirib. Sentyabrın 22-də Rəsul və sonuncunun dostu Heydərlə birlikdə "28 may" metrostansiyasının yaxınlığında görüşüblər. O, Rəsula bu gecə Mayanın evinə gedəcəyini, aldığı yuxu dərmanını verərək onu yatızdıracağını və pullarını götürəcəyini söyləyib. Onun fikrincə həmin sözləri Heydər eşitməyib. Ordan birbaşa Yeni Yasamala gəliblər.

Əl izlərinin qalmaması üçün aptekdən ağ rəngli rezin əlcək alıb. Təxminən saat 21:30-da binanın qabağında avtomobili saxlayıb, Rəsulla Heydərə oturub, gözləməyi, qadını yatızdırıb, pulları götürüb, gələcəyini bildirib. Marketdən çörək, kompot və Mayanın istədiyi siqareti alıb, qalxıb. Dərmanı kompotun içinə atdığı üçün, rəngi bir az dəyişib. Aradan bir müddət keçmiş evə Mayanın tanışı və onun həyat yoldaşı gəlib, sələmin qalan faizi olan 300 dolları veriblər. Qadın həmin məbləği yataq otağındakı şkafa qoyub. Saat 23 radələrində pəncərədən baxdıqda həyətdə saxladığı avtomobilin yerində olmadığını görüb, aşağı düşüb. Heydərin mobil nömrəsinə yığıb, harda olduqlarını soruşanda, sonuncu artıq çatdıqlarını deyib.

Maşına əyləşib, hər ikisinə əsəbləşib və avtomobili icazəsiz götürməməklərini tapşırıb. Heydərlə Rəsula qadının helə kompotu içmədiyini deyib və nə yolla olursa olsun pulları götürəcəyini bildirib. Yenə mənzilə qalxıb. Bir az söhbət edəndən sonra Maya ilə cinsi əlaqədə olublar. Gecə saat 01 radələrində artıq onun yatdığını görüb. Mənzildə gəzməyə və siqaret çəkməyə başlayıb. Nə edəcəyini tam qətiləşdirməyib. Evin qapısını açıq qoyub ki, Rəsul gələndə rahat daxil olsun.

Narkotik maddənin təsiri altında olduğundan tam özündə olmayıb. Mətbəxdən bıçağı götürüb, Mayanın sol tərəfində uzanıb. Heydərə zəng vurduqdan sonra, Rəsulun evə girdiyini görüb. Bıçağla qadının kürəyinə iki zərbə vurub. Maya qışqırdığda, cəld onun üzərinə çıxıb və boğmağa başlayıb. Qadına "bağışla məni deyib" kürəyinə və qarnına xəsarətlər yetirib.

Bıçaq zərbələrindən biri Mayanın ağzını tutan Rəsulun sağ qoluna dəyib. Boğazından tutub, sıxanda artıq zəiflədiyini hiss edib və üstündən qalxıb. Rəsula Mayaya baxmasını, ölmədiyi halda onu yastıqla boğmasını tapşırıb. Əlcəkləri geyinib, yataq otağındakı şkafdan kodlu və açarla açılan çamadanı götürüb. İçərisində tapdığı avro, dollar və manat əskinazlarını qara pul kisəsinə qoyub. Mərhumun bəzək əşyalarının arasından üzük və sırqaları götürüb. 2 ədəd smartfon telefonunu da ələ keçirərək, onları söndürüb. Bundan sonra izləri itirməkdən ötrü Rəsula evi dağıtmağı deyib. Bıçağı gödəkçəsinin cibinə qoyub. Maşını özü sürüb. Heydərə Mayanı öldürməklərini deməyiblər.

Onu yaşadığı evin yanında düşürüblər. Bir az getdikdən sonra ona 100 dollar verib, heç kəsə heç nə danışmamağını bildirib. "Qələbə" dairəsini keçəndən sonra körpünün üzərində Mayanın telefonlarını pəncərədən asfalta çırpıb sındırıb.

Avtomobili həyətdə saxlayıb, Rəsula 2000 dollar, 500 avro və dəqiq sayını bilmədiyi manat əskinazı verib. Daha sonra özü tək yaşadığı mənzilə qalxıb, dostu maşında qalıb. Evə girdikdə qayını İsmayıl qonaq otağında olub. Puldan bir qədər götürüb, qalanını və götürdüyü qızıl əşyaları saxlaması üçün arvadına verib. Xarici pasportunu götürüb. Dəyişdiyi paltarlar və bıçaq olan sellofanı götürüb aşağı düşüb. Evlərinə yaxın olan bulvarın yeni salınmış hissəsində bıçağı dənizə, paltarları isə zibil qutusuna atıb. Sonra Rəsulla birlikdə maşınla Heydər Əliyev adına Hava Limanına gediblər. 400 manata sentyabrın 23-ü saat 14-də Moskva şəhərinə olan bilet alıb. Valyuta dəyişmə məntəqəsində təxminən 1000 avro pulu dəyişib.

Səhərisi gün avtomobili icarəyə götürdüyü yerə apararaq maşını və açarları mühafizəçiyə təhvil verib. Ordan taksi ilə Əhmədli qəsəbəsinə, Ukrayna dairəsi yaxınlığında yerləşən, "TopAz" məntəqəsinə yollanıb. Tərlan adlı şəxsə 2500 dollar ödəyib. Sonra "Gənclik" metrosunun yanına gəlib və lombarda 1800 manat pul verib, qaynının səhər qızıl əşyaları gəlib, götürəcəyini bildirib. Rəsul və İsmayılla sağollaşıb taksi ilə hava limanına gedib. Aviareyslə Moskvaya uçub.

2 gün oteldə qalıb avireyslə İstanbul şəhərinə yollanıb. Bu müddət ərzində 4000 dollara yaxın pulu xərcləyib. Tutduğu əməli dərk edərək Azərbaycana qayıdıb, təslim olmağı qərarlaşdırıb və oktyabrın 2-də aviareyslə İstanbuldan Bakıya qayıdıb. Ayın 3-nə keçən gecə hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.

Rəsul Quluzadə qeyd edib ki, Maya Kərimovanın mənzilindən pul götürsə də onun qətlə yetirilməsində iştirak etməyib. Tutulmağından qorxduğu üçün qadının öldürülməsi ilə bağlı sonradan polisə məlumat verməyib. Əvvəlcədən Farid Mayanı öldürəcəyi ilə bağlı ona heç nə deməyib. O, evə daxil olanda qadın artıq hərəkətsiz vəziyyətdə olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elmar Kərimov ifadəsində göstərib ki, bacısı Maya Kərimova heç vaxt rəsmi qaydada ailə qurmayıb. Təxminən 10 il olar ki, soyadını bilmədiyi Orxan adlı şəxslə qeyri-rəsmi yaşayıb. 2019-cu il sentyabrın 12-dən 22-dək bacısı Lənkəranda qalaraq, anasına qulluq edib. Həmin gün Mayanı taksi ilə Bakıya yola salıb. Axırıncı dəfə onunla həyat yoldaşı Arzu Kərimova telefonla saat 23 radələrində danışıb. Maya həmin vaxt evdə tək olduğunu deyib.

Bacısının öldürüldüyünü səhərisi gün öyrənib və bununla əlaqədar arvadı ilə paytaxta gəlib. Mayanın kiməsə borcu olması, faizə pul verib-verməməsi barədə məlumatı olmayıb.

Şahid Orxan Abdullayev bildirib ki, Maya Kərimova ilə 5 il əvvəl dostunun rəfiqəsi vasitəsi ilə tanış olub. Mütəmadi görüşərək onun evində qalıb, aralarında ər-arvad münasibətləri yaranıb. Mayanın ondan başqa, hansısa bir kişi ilə münasibətinin olub-olmamasını bilməyib. Olubsa da o, bunu hiss etməyib. Qadın sələmə pul verib. Son vaxtlar Finlandiyada yaşayan bacısı İlahət Kərimova da ona maddi köməklik göstərib. Axırıncı dəfə Maya ilə sentyabr ayının 4-də onun mənzilində görüşüb.

Görüş vaxtı qadın ona Lənkəran şəhərində yaşayan anasının onkoloji xəstə olduğunu və yanına gedəcəyini deyib. Sentyabrın 23-də ona zəng vurub, Mayanın yaşadığı evdə öldürüldüyü bildirilib. Dərhal ora getdikdə ərazidə çoxlu sayda insanların, polis və prokurorluq əməkdaşlarının olduğunu görüb.İlk dəfə polis əməkdaşlarından əvvəllər eşitmədiyi "Farid Lənkəranlı" adlı şəxsin Mayanın evində olmasını öyrənib.

Məhkəmə prosesində Farid Axundov ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, zərəçəkənin nümayəndəsinə atası pulu qaytarıb. Rəsul Quluzadə və Heydər Nəsirli özlərini təqsirli bilməyiblər.

Məhkəmə hesab edib ki, Farid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirlinin əməlləri CM-nin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 170.3-cü (yetkinlik yaşına çatmayanı, ağır cinayətin törədilməsinə cəlb etmə) maddələrinin dispozisiya şərtlərinə uyğundur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Farid Axundov 18, Rəsul Quluzadə və Heydər Nəsirli hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. ( 2021 il )


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2616   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr