Vətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEO

Vətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayaraq qaçan erməni silahlı dəstələri cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın digər şəhər və rayonlarında dinc əhalini və mülki obyektləri ağır artilleriya qurğularından və ballistik raketlərlərdən istifadə etməklə insanlıq əleyhinə cinayətlər törətdi.

"Report" xəbər verir ki, Erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə və mülki obyektlərə qarşı həyata keçirdiyi terrorlar zamanı günahsız şəxslər dünyasını dəyişdi, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı ziyanlar dəydi.

Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının üzvləri tərəfindən Bərdədə raket zərbəsindən ziyan çəkən ev və obyektlərin qiymətləndirilməsi aparılıb. Hazırda qeydiyyata alınan ev və iaşə obyektləri yenidən qurularaq vətəndaşlara verilir. Vətən müharibəsi zamanı evinə ağır dağıdıcı zərbəyə malik raket düşən Bərdə rayon Zümürxan kənd sakini Xalid Əliyevin də evi yenidən tikilib.

Ev sahibi X.Əliyev bildirib ki, hadisə zamanı xəsarət alan olmasa da, ev tamamilə yararsız hala düşüb: "Oktyabrın 8-də evimə erməni ordusu tərəfindən atılan raket düşdü. Evim tamamilə yararsız vəziyyətə düşdü. Uşaqlar, ailəm evdəydi, lakin bizə heç nə olmadı, salamat qurtardıq. Sonra bizim evimizə baxış keçirdilər. Sağ olsun Ali Baş Komandanımız, həmişə xalqın yanındadır. Bizə yeni ev tikdilər. Öz evimdən də müasir tipli, geniş, yaraşıqlı ev tikib verdilər. Hazırda biz yeni tikilən evdə yaşayırıq".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılmış, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəymişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

Vətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEOVətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1526   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr