FHN sürücülərə müraciət etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində şərti yanğın təlimi keçirilib.
Sonxeber.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.
Avtomobillər nizamsız halda park edilib, bu da yanğın və digər fövqəladə hallar zamanı xüsusi texnikaların hadisə baş verən sahələrə girişində ciddi məhdudiyyətlər yaradıb.
Görüntülər Nəsimi rayonu Vladislav Plotnikov, Mirəli Qaşqay, Eldar Tağızadə və Ceyhun Hacıbəyli küçələrini əhatə edən yaşayış kompleksinin ərazisindəndir. Ərazidə yaşayan sakinlər bildiriblər ki, kompleksdə hər hansı bir yanğın və digər hadisələr baş verdikdə yanğınsöndürmə avtomobili hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkir. Bu gecikmələr də xoşagəlməz hadisələrlə, hətta insan itkiləri ilə nəticələnə bilir.
Elə bu məqsədlə həmin ərazidə FHN şərti yanğın təlimi keçirib. Bu çərçivədə yanğın həyəcanı verilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov bildirib ki, şərti yanğın təliminin keçirilməsində məqsəd Bakının sıx yaşayış ünvanlarına və hərəkətin intensiv hissələrində mövcud vəziyyəti ictimaiyyətə çatdırmaqdır.
Rəis müavini sakinlərə müraciət edərək, onları fövqəladə hallara qarşı birlikdə müzakirə aparmağa və avtomobillərin park edilməsi zamanı mümkün riskləri nəzərə almağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ