Azərbaycanda polis əməkdaşları silah oğurlamaqda təqsirli bilinir
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.
APA xəbər verir ki, hər iki polis əməkdaşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsində "Zəfər K" tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.
Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.
Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1416 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 30 dərəcə isti olacaq
Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 isti, gündüz 25-2
11 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 maySabah 31 dərəcə isti olacaq
Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl
12 mayAzərbaycanda hantavirus yayılıb? (RƏSMİ)
Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə
12 mayLondonda azərbaycanlı qadın vəfat etdi - Foto
İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"
12 maySumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb. Bu barədə -ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizli
12 may