Ata Abdullayev məhkəmədə rüşvət tələb etdiyi şəxslərlə üz-üzə gəldi

Ata Abdullayev məhkəmədə rüşvət tələb etdiyi şəxslərlə üz-üzə gəldiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-"jurnalist" Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin Əliyev dindirilib.

O bildirib ki, A.Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici məlumatlar paylaşıb:

"Yanvar ayının sonu idi, mənə dedilər ki, iki nəfər gəlib çəkiliş aparıb. Növbəti gün maşında oturub həmin şəxsləri gözlədim. Onlar yenidən gələndə çəkilişin hansı səbəbdən apardıqlarını soruşdum. Ata Abdullayev mənə söylədi ki, guya əlində faktlar var, qanunsuz tikinti işləri aparmışam. Həmçinin həmin ərazidə ağacları qanunsuz olaraq çıxarmışam. Qeyd etdi ki, ya 15 min manat verməliyəm, ya da bu faktları sosial şəbəkələrdə paylaşıb məni biabır edəcək. Fevralın 3-də Ata Abdullayev yenə zəng etdi. Bildirdi ki, ərazidə çəkiliş edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də iki nəfər nümayəndə gətirib. O, videonu silmək üçün yenə məndən 15 min manat pul tələb etdi".

Təqsirləndirilən şəxs isə zərərçəkmişi tanımadığını və ona qarşı səsləndirdiyi ittihamlarla razılaşmadığını deyib.

Daha sonra digər zərərçəkmiş Cəmil Babayev dindirilib. O söyləyib ki, A.Abdullayev onu ağacları kəsməkdə ittiham edərək pul tələb edib:

"Axşam saatlarında güclü külək Yasamal rayonu ərazisində yerləşən obyektimin qarşındakı ağacı avtomobilin üzərinə aşırmışdı. Aidiyyəti qurumlara zəng etdim, gəlib ağacı kəsib apardılar. Bu zaman ora gələn Ata Abdullayev əlində telefon canlı yayıma çıxdı, mənim haqqımda yersiz ittihamlar səsləndirdi. Guya aşmış ağacı mən kəsmişəm. Daha sonra o, məndən 7 min manat pul istədi. Dedi ki, yalnız belə olan halda videonu paylaşmayacaq. Ata Abdullayev orada iki dəfə çəkiliş edib, lakin onu ərazidə bir dəfə görmüşəm".

Təqsirləndirilən şəxs isə ona qarşı səsləndirilən fikirlərlə razılaşmadığını bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1" yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq "iPhone 11 Pro Max" telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1853   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr