Azərbaycanda həbsə düşən generallar - FOTO

Azərbaycanda həbsə düşən generallar - FOTOBakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərova hökm oxunub. Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir. R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rövşən Əkbərov həbsə düşən ilk general deyil.

İndiyədək Azərbaycanda bir neçə general rütbəli şəxs həbs həyatı yaşayıb ki, onlardan bəzisi artıq azadlıqdadır, bəziləri isə hələ də dəmir barmaqlıqlar arxasında gün sayır.

Bu məqamda Azərbaycanda həbsə düşən generalları təqdim edirik:

Əhməd Əhmədov

2000-ci ildən 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir.

Mənimsəmədə ittiham olunan sabiq nazir 11 il müddətində azadlıqda məhrum edilib.

Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun "daxili xidmət general-mayoru" ali-xüsusi rütbəsindən, "polis general-leytenantı" ali-xüsusi rütbəsindən, "general-leytenant" ali hərbi rütbəsindən və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib.
Azərbaycanda həbsə düşən generallar - FOTOO, 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.

Onu da bildirək ki, sabiq nazir həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib. Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib.

Mövlam Şixəliyev

Azərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, Mövlam Şixəliyev də həbs olunan generallar sırasındadır.

Sabiq MTN generalı mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmaqda ittiham edilir.
Azərbaycanda həbsə düşən generallar - FOTOM.Şixəliyevin məhkəməsi davam edir. Növbəti proses noyabrın 2-nə təyin olunub.

Nizami Şirinov

Həbs olunan digər general isə ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovdur.

Mövlan Şıxaliyev kimi Nizami Şirinov da MTN-in sabiq rəisi Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

General-mayorun həbs səbəbinə gəlincə, o, vəzifədə ikən müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almaqda 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməkdə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində məhkəməsi davam edir.

Elçin Quliyev (MTN)

Hazırda həbsdə olan general-mayor Elçin Quliyev vaxtilə MTN-də Antiterror Mərkəzinin rəisi olub.

Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və "MTN olayları" başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Azərbaycanda həbsə düşən generallar - FOTOGeneral E.Quliyev və əməkdaşları qanunsuz azadlıqdan məhrum etmədə, mütəşəkkil dəstə formasında quldurluq törətməkdə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda təqsirləndirilirlər.

O, 2017-ci ilin noyabrında məhkəmənin hökmü 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zakir Nəsirov

DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general-mayor da həbs həyatı yaşayıb.

Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general, 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu.
Azərbaycanda həbsə düşən generallar - FOTOAğır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov 2017-ci ilin martında Prezidentin sərəncamı ilə əfv olunub - onun ömürlük cəzası 15 illə əvəz edilib. Bundan sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Z.Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.
Azərbaycanda həbsə düşən generallar - FOTOAkif Çovdarov

Yəqin ki, bu şəxslə bağlı əlavə məlumata ehtiyac yoxdur.

"MTN işi" ilə bağlı həbs edilən Çovdarov, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ötən il Prezidentin İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa çıxıb.

General-leytenant ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdi. Nağıyev həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.
Azərbaycanda həbsə düşən generallar - FOTOƏfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə "Qarabağ" ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2304   Tarix: 28 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr