Bakıda qeyri-adi fırıldaqçılıq: Özünü maşınların altına atıb pul alan adam peyda olub - VİDEO

Bakıda qeyri-adi fırıldaqçılıq: Özünü maşınların altına atıb pul alan adam peyda olub - VİDEOBakı küçələrinin birində kişinin özünü qəsdən maşınların qarşısına ataraq pul tələb etdiyi iddia edilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Həmin görüntülərdə şəxs sürücüyə bildirir ki, polisə şikayət etməməsi üçün ona pul versin.

Yayılan video barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında yayılan videonun köhnə olduğunu, amma bu cür vəziyyətdə belə şantajlara və qanunsuz yanaşmalara alət olmamaq üçün qanunvericiliyin tələblərini və atılmalı olan hüquqi addımları izah edib:

"Yol-nəqliyyat hadisəsi baş verdikdə, xüsusən də xəsarət halı olduqda, sürücü yol polisini hadisə yerinə çağırmalı və polisə verdiyi ilkin məlumatda xəsarətin olması vurğulanmalıdır. Əgər zərurət varsa, əraziyə təcili tibbi yardım maşını çağırmalı, yaxud da zərərçəkmişi təxirə salınmadan xəstəxanaya aparmalıdır.

Bu, gələcəkdə aparılacaq prosessual araşdırmada sürücünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Daha sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılan araşdırma prosesinin istiqaməti müəyyən edilir.

Ekspertizanın rəyinə uyğun olaraq – dərəcəsi təyin olunmayan, yüngül, az ağır və ağır xəsarət qeyd edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, az ağır və ağır xəsarət cinayət məsuliyyəti ilə tənzimlənir. Yüngül xəsarət İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq 200 manat cərimə və yaxud məhkəmə tərəfindən bir ilədək sürücülük vəsiqəsindən məhrum olunmasını nəzərdə tutur.

Dərəcəsi təyin olunmayan xəsarət yerinə yetirilibsə, o zaman məsələyə yol hərəkəti əleyhinə edilən hər hansı qayda pozuntusu edilibsə, ona uyğun olan maddə ilə barəsində inzibati tənbeh tədbiri seçilir. Misal üçün, piyada keçidində piyadaya yol verməyibsə, sürücü 330-cu maddə ilə 50 manat cərimə olunur.

Bütün bunlarla bağlı isə əvvəlcədən hadisədə xəsarətlə bağlı verilən məlumata əsasən ibtidai istintaq araşdırılması aparıldıqdan sonra qərar verilir. Yəni vaxtında polisdən gizlədilməyən informasiya sürücünü, eləcə də piyadanı əlavə söz söhbətdən və lüzumsuz hərəkətlərdən bir növ sığorta edir".

O qeyd edib ki, zərərçəkmiş şəxs şikayətçi olmasa belə, bunun üçün sürücü hadisə ilə bağlı məlumatı polisə aidiyyəti üzrə ərizə yazmaqla bildirməlidir:

"Bu, sürücünü gələcəkdə heç bir mənəvi və hüquqi dəyərlərə hörmət etməyən şantajçıların şər və böhtanından qoruyur. Mülki qanunvericilikdə o da qeyd olunub ki, həqiqətən hadisə baş veribsə, zərərçəkmiş dəymiş ziyanla bağlı təqsirkar tərəfdən pul tələb edə bilər.

Lakin zərərin dəyəri sübuta yetirilməlidir, sığorta öhdəliyi olduqda bu zərər sığortanın ayırdığı vəsaitlə zərərçəkmişi qane etmədikdə isə mülki qaydada məhkəmə mübahisələndirilməsi aparılmaqla edilə bilər. Bu proses isə sırf məhkəmələrin səlahiyyətindədir".

A.Əsgərli qeyd edib ki, bu kimi hallarda sürücülər DİN-in "102" Zəng Mərkəzinə təxirə salmadan zəng etsin və məsələ barədə dərhal məlumat versin ki, araşdırmanın "isti izlər"lə aparılması polis tərəfindən təmin edilsin:

"Bir sözlə, sürücülər videodan da göründüyü belə mənəviyyatsız addımlar atan işbazların oyununa inanmasınlar, hadisə baş verən kimi dərhal hadisə yerinə polis əməkdaşlarını dəvət etsinlər!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1632   Tarix: 28 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr