Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdı

Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdıBakıda zorlamada ittiham olunaraq həbs olunan şəxsə Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət verilib.

Oxu.Az həmin cinayət işi ilə bağlı istintaq məgkəməsə sənədlərinə əsasən məqalə hazırlayıb.

İlqar (ad şərtidir) qabaqcadan əlbir olan bir qrup şəxs halında kirayə yaşadığı mənzildə qıza qarşı zorlamada təqsirləndirilib.

İstintaq materiallarında bildirilib ki, İlqar yaşadığı mənzildə tanış olduğu qızla yeyib-içdikdən sonra ona təcavüz edib.

İbtidai istintaq zamanı iddia olunub ki, İlqarın qabaqcadan əlbir olduğu dostu və xalası oğlu Vahid də (ad şərtidir) qıza təcavüz edib.

Zərərçəkmiş şəxs (qız) ibtidai istintaqın ilkin mərhələsində göstərib ki, İlqar onunla cinsi əlaqədə olduqdan sonra Vahid otağa daxil olub. Qız bildirib ki, Vahid də onunla cinsi əlaqədə olmaq istəyib, lakin seksual xarakterli hərəkətlər etməklə kifayətlənib.

Lakin həmin qız məhkəmə baxışı zamanı başqa ifadə verib. O, ilkin ifadəsində yalan danışdığını bildirib. Qız qeyd edib ki, İlqarın ona qarşı etdiyi zorakı hərəkətlər nəticəsində psixi sarsıntı keçirib, yorulub əldən düşüb və nəticədə üzü üstə uzanıqlı vəziyyətdə qalıb.

Buna görə də, Vahidin onunla hansı hərəkətlər etdiyini anlaya bilməyib. Bununla belə Vahidin onu zorlamağa cəhd etməsini və seksual xarakterli zorakılıq hərəkətləri etməsini istisna etməyib.

Ancaq istintaq zamanı Vahidin qızı zorlaması sübut edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin Kollegiyası hesab edib ki, aşağı instansiya məhkəmələri qanunvericiliyin tələblərini pozaraq, iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutların təhlilini aparmayıb.

Üstəgəl, bir-biri ilə müqayisələndirməklə ziddiyyətli halları araşdırmayıb. Bununla da, toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən Vahidi məhkum edib.

Qeyd edək ki, Vahid Bakı Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı hökmdən apellyasiya şikayəti verib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilinərək 6 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

İlqara gəlincə, o ifadəsində bildirib: "Mən Vahidlə qızı evdə qoyub, pivə almağa getdim. Gəldikdən sonra Vahid mənə araq içmək istədiyini dedi. Gedib araq da aldım və biz üçlükdə yeyib-içdik. Qız pivə ilə arağı qarışdırdı, başının hərləndiyini dedi. Onu yataq otağına keçirdim. Bir-birimizlə sevişdik. Cinsi əlaqədə olmaq istəyərkən o, mənə bakirə olduğunu dedi və mən əsəbiləşdim. Bunu mənə niyə əvvəllər demədiyini bildirdim. Bizim mübahisəmiz düşdü, amma ona qarşı heç bir kobudluq etmədim. Səs-küyə Vahid gəldi, aranı sakitləşdirdi. Daha sonra qızı aparıb üz-gözünə su vurdu ki, ayılsın. Qız özünə gəldikdən sonra çıxıb getdi".

Qız apellyasiya icraatı zamanı ifadəsində göstərib ki, o, İlqarı əvvəllər tanıyıb və onunla dost olub. Zərərçəkmiş ifadəsində İlqarın onu zorladığını deyib, Vahidin isə ona nəsə etdiyini xatırlamadığını qeyd edib. Lakin Vahidin onunla cinsi əlaqədə olmadığını dəqiq bildiyini vurğulayıb.

Qızın əvvəllər Vahidə qarşı müxtəlif ifadələr verməsinin səbəbinə gəlincə, o bildirib ki, həmin vəziyyətdə özündə olmayıb.

Vahidin onların otağına daxil olmasından şübhələndiyindən, halsız vəziyyətdə olduğundan və Vahidin onunla cinsi əlaqədə olmasını düşündüyündən ilkin ifadələrində Vahidin də onu zorladığını deyib.

Bakı Apellyasiya Məhkəməsi Vahidə bəraət verib. O, təxminən 3 il həbsdə qaldıqdan sonra məhkəmə iclası zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2987   Tarix: 28 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr