"Vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var" - AÇIQLAMA

"Vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var" - AÇIQLAMABu gün dünya ölkələrində, eləcə də regionda COVID-19 virusuna yoluxma hallarında kəskin artımlar müşahidə edilir. Belə ki, COVID-19 virusunun "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

Qonşu Türkiyədə gündəlik yoluxma sayı 26 mini keçib, 210 nəfər vəfat edib, Gürcüstanda sutka ərzində yoluxma sayı 4 009, ölənlərin sayı 45, İranda isə son sutkada 11 mindən artıq insan koronavirusa yoluxub, 159 nəfər isə vəfat edib. Azərbaycanda sutka ərzində koronavirusa yoluxanların sayı 2 420 nəfər, ölənlərin sayı isə 29 olub. Müqayisədə bu göstəricilər kifayət qədər yaxşıdır və buna səbəb ölkəmizdə zamanında pandemiya ilə bağlı düzgün mübarizə üsullarının seçilməsidir.

Lakin insanlar vəziyyətin stabil olmasını düşünüb gigiyena qaydalarına laqeyd yanaşmamalıdırlar. Belə ki, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmas vacibdir.

Bəs vaksinin üçüncü dozası necə, digər iki doza qədər önəmlidirmi?

Artıq ölkədə müəyyən bir qrup insan vaksinin üçüncü dozasını vurdurub.

Yaxın günlərdə vaksinin üçüncü dozasını vurduracaq olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir :

"Bütün dünyada koronavirusun geniş yayılmasının qarşısını alan vaksinasiya oldu. Artıq 50 faizə qədər əhali hər iki dozada vaksin alıb və 1 aya biz ən yüksək göstəricilərlə əhalinin 80-90 faizinin vaksinasiya olunmasına nail olacağıq. Aparılan araşdırmalar onu göstərir ki, qarşıda vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var.

Elm adamlarının araşdırmaları göstərir ki, koronavirus əleyhinə vaksinin üçüncü dozası orqanizmin müqavimətini 5-6 dəfə artırır. Bu o deməkdir ki, biz yaşlı nəsli daha yaxşı qoruya bilərik. Həyatının gənclik dövrünü yaşayan neçə-neçə insan koronavirus səbəbindən vəfat edib. Təəssüf ki, bu gün koronavirusdan ölənlərin sayı artır və biz üçüncü dozanın vurulmasını mümkün qədər sürətləndirməliyik".

Deputat vurğulayıb ki, yaxın günlərdə o özü də vaksinin üçüncü dozasını vurduracaq :

"Vaksinin iki dozasını vurdurduq. Hər hansı bir fəsadlar qeydə alınmadı. Hazırda həkimlərin tövsiyəsi üçüncü dozanın da vurulmasıdır. Hesab edirəm ki, bu proses də ölkəmizdə vaksinasiya strategiyasına uyğun şəkildə aparılacaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 888   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr