Bu şəxslər 3 və 4-cü doza vaksini vurdurmalıdırlar - AÇIQLAMA
Artıq ölkəmizdə "COVID-19" vaksininin 3 və 4-cü dozanın vurulması haqqında qərar verilib. Digər tərəfdən, son günlər yoluxma sayında artım müşahidə olunmaqdadır. Hər iki doza vaksinasiya olunan şəxslər yoluxarsa, 3-cü və 4-cü dozanı vurdurmaya bilərlərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O bildirib ki, vaksinli şəxslərin də yoluxduğuna tez-tez rast gəlməyə başladığımıza görə belə nəticəyə gəlmək olar ki, vaksinasiyanın növbəti mərhələsində mRNT peyvəndlərinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir:
"Digər ölkələrlə müqayisədə, bizdə epidemik vəziyyət daha qənaətbəxş olsa da, hazırda yoluxma sayı 2000-i ötür və bir müddətdir ki, azalma dinamikasına keçə bilmirik. Bu da mübarizəni artırmağı, xüsusilə buster dozaya əhəmiyyətin verilməsini zəruri edir. Nəzərə alaq ki, Azərbaycanda ən geniş istifadə olunan vaksin "Coronavac"dır. Bu vaksinin də effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu artıq elmə məlumdur. Bununla yanaşı, əhalinin 2 doza vaksin vurduran böyük bir qismi artıq 6 ayı geridə qoyub və orqanizmlərindəki spesifik immunitet zəifləyib və ya tamamilə itib. Bu səbəbdəndir ki, vaksinli şəxslərin də yoluxduğuna tez-tez rast gəlməyə başlamışıq. Buradan belə nəticəyə gəlmək olar ki, vaksinasiyanın növbəti mərhələsində mRNT peyvəndlərinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5328 Tarix: 29 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl
11 mayGəncədə 16 yaşlı oğlanın meyiti tapıldı
Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund
11 maySumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb. Bu barədə -ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizli
12 maySabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək. "Qafqazinfo"nun xəbərinə görə, bu barədə "AzParking MMC"nin məlumatında bildirilib. Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyya
11 maySabah 31 dərəcə isti olacaq
Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl
12 may