"Şəhidlərin dəfn olunma mərasimində heç birinə fərq qoyulmadı"- Fuad Nurullayev

"Şəhidlərin dəfn olunma mərasimində heç birinə fərq qoyulmadı"- Fuad Nurullayevİstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

"Əgər milli və dini dəyərlərdən, qarşılıqlı münasibətlərdən danışırıqsa, bunlar Azərbaycanda çox yüksək səviyyədədir və xalq tərəfindən müsbət qarşılanır. Bizim xalqımız bu dəyərlərə sahibdir. Bu nə dünənin işidir, nə bu günün, bu, əsrlərdən gələn qan yaddaşımızdır. Azərbaycan xalqı öz Vətənində bir çox xalqların nümayəndələri ilə yaşayıb: yəhudilər, xristianlar və dinləri bir olan ləzgi, talış, kürd və digər müxtəlif millətlərlə. Bu xalqlar milliyyət və dini inanclarından asılı olmayaraq, birgə vəhdətdə mehribancasına yaşayaraq qardaşlığı qoruyurlar".

Bu sözləri Sonxeber.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O, Qubanın Qırmızı qəsəbəsində əsrlərdir yaşayan yəhudiləri, Şimal bölgəsində, Qaxda, Balakəndə yaşayan xristianları, gürcüləri misal çəkib:

"Təbii ki, dinləri ayrı olsa da, millətlərin, ayrı-ayrı xalqların bir birinə münasibəti yüksək səviyyədədir. Dövlətimizin multikultural dəyərlərlə, tolerantlıqla bağlı xüsusi proqramları var, səmimiyyəti, dostluğu, qardaşlığı saxlamaq üçün əlindən gələni edir. Dini rəhbərimizin də bununla bağlı atdığı addımlar var.

Bir sıra tədbirlər Ulu Öndər Heydər Əliyevin zamanından görülür. Məsələn, müsəlmanların adətinə görə, Mübarək Ramazan ayında iftar süfrələri verilir. Şeyxülislamın təşkil etdiyi iftar süfrəsində Prezidentimizlə yanaşı, xristian dininin rəhbərləri və digər icma nümayəndələri iştirak edirlər. Bunlar Azərbaycanda qardaşlığı, tolerantlığı tamlığı ilə göstərərək dünyaya bəyan edir.

Bu gün Azərbaycanda beynəlxalq multikulturalizm mərkəzi var. Bu mərkəz dünyanın onlarla ölkəsində tədrislə məşğul olur. Bu sahədə çox danışmaq olar.

Vətən müharibəsi dönəmində bir daha müxtəlif xalqların birliyinin şahidi olduq. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının azadlığı uğrunda canını fəda edənlərin arasında azərbaycanlılarla yanaşı, rus, yəhudi millətlərindən olan, fərqli dini inanclara malik insanlar var idi. Onlar çiyin-çiyinə döyüşüb qalib gəldirlər.

İstər dövlətimiz, istərsə də dini rəhbərlik tərəfindən həmin şəhidlərin dəfn olunma mərasiminin təşkilində heç birinə fərq qoyulmadı. Bu, Azərbaycanın multikultural dəyərlərə necə sahib olduğunun bariz nümunəsidir".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Şəhidlərin dəfn olunma mərasimində heç birinə fərq qoyulmadı"- Fuad NurullayevZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1911   Tarix: 30 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr