"Azəriqaz"dan bəzi ərazilərdə qazın təzyiqinin aşağı olması ilə bağlı AÇIQLAMA
"Havalar soyuduqda təbii ki, qaza tələbat artır və bu da təzyiqin aşağı düşməsinə səbəb olur".
Bu barədə Oxu.Az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Havaların soyuması ilə əlaqədar ölkənin müxtəlif ərazilərində yaşayan abonentlərin qazın təzyiqi ilə bağlı şikayətləri artıb. Xüsusilə, Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən redaksiyamıza bu barədə çoxsaylı müraciətlər daxil olub. Həmçinin, eyni problem Sumqayıt şəhər sakinləri üçün də aktualdır.
"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, bu tip hallar adətən hər il havalar soyumağa başlayanda yaranır:
"Əməkdaşlar problem yaranan ərazilərdə təzyiqi hissə-hissə artırırlar ki, yüksək təzyiq hansısa problemə səbəb olmasın. Sulutəpədə də bu problem yaxın günlərdə bitəcək".
Qeyd edək ki, ötən günlərdə "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev canlı yayım vasitəsilə qazın təzyiqinin aşağı olması ilə bağlı çoxsaylı sualları cavablandırıb və bildirib ki, təzyiq 16 millibardan aşağı olmamalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1294 Tarix: 29 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl
11 mayGəncədə 16 yaşlı oğlanın meyiti tapıldı
Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund
11 maySumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb. Bu barədə -ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizli
12 maySabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək. "Qafqazinfo"nun xəbərinə görə, bu barədə "AzParking MMC"nin məlumatında bildirilib. Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyya
11 maySabah 31 dərəcə isti olacaq
Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl
12 may