"Ana deyib ki, qızın qarnına su yığılıb, həkimə aparmaq lazımdır"
İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
"Qafqazinfo" xəbər verir ki, Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub. Bildirilib ki, ana Ş.G 27 oktyabr tarixində qızını götürərək qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır. Ailənin sözlərinə görə, bundan sonra azyaşlının nənəsi ilə birgə qızı götürərək həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Məlumata görə, 11 yaşlı qızın anasının həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini F.Q ilə qeyri-rəsmi birgə yaşamağa başlayıb.
11 yaşlı qızın uşağı Bakıda dünyaya gəlib
"O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir", - bu sözləri qızın əmisi bildirib.
Həmin şəxsin qızı bir neçə dəfə zorladığı iddia edilir. Əminin iddiasına əsasən, ana hadisəni bilərəkdən gizlədib.
Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
***
İmişli Rayon Prokurorluğundan isə "Qafqazinfo"ya verilən açıqlamada bildirilib ki, hazırda başlanan cinayət işinin istintaqı zamanı heç kim saxlanılmayıb: "Biz hələ hər hansı bir şəxsi nə şübhəli, nə də təqsirləndirilən şəxs qismində cəlb etmişik. Cinayəti etiraf edən şəxs də yoxdur. Biz DNT eskpertizası təyin etmişik. Ekspertin rəyi olmadan kiməsə ittiham verə bilmərik. Hazırda ekspertin rəyini gözləyirik. Yaxın müddətdə cinayəti törədən şəxs müəyyən ediləcək və bununla bağlı Baş Prokurorluq tərəfindən ictimaiyyətə məlumat veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2648 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta
26 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrGöyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
26 oktyabr