Bakıətrafı qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq - RƏSMİ
"Bakıya gətirilmiş doqquz metrlik avtobuslar xəttə buraxılacaq".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
O bildirib ki, bu gün Bakıda doqquz metrlik avtobuslar var:
"Həmin avtobuslar 2019-cu il üçün alınması nəzərdə tutulan 135 ədəd avtobusdan bir qismidir. 135 avtobusun hamısı Bakıya gətirilib. Doqquz metrlik avtobuslardan bəzilərinin bir neçə qəsəbədə testi də keçirilib.
Bir neçə texniki məsələlər həll edildikdən sonra, Bakıda olan doqquz metrlik avtobuslar xəttə buraxılacaq.
Bakıətrafı kənd və qəsəbələr istiqamətində intensiv iş aparılır ki, həmin avtobuslar qısa zamanda sərnişinlərin ixtiyarına verilsin".
O qeyd edib ki, doqquz metrlik avtobusların gətirilməsi Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımalarının vəziyyətini yaxşılaşdırılmasına çox böyük dəstək olacaq:
"Doqquz metrlik avtobusların alınmasında ən başlıca məqsəd Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişin daşımaları yaxşılaşdırmaqdır. Həmin avtobusların - Binəqədi, Maştağa, Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələrin daxilində olan yollarda manevr etmək imkanı daha genişdir. 12 metrlik avtobusları isə biz bir neçə dəfə test etmişik.
Həmin avtobusların Bakıətrafı kənd və qəsəbələrin bir çoxunda hərəkət etmək imkanları məhduddur. Amma doqquz metrlik avtobusların çox rahat şəkildə manevr etmək imkanı var".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1317 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta
26 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrGöyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
26 oktyabr