Qonşu ölkələrdə son vəziyyət - Buster dozaya zərurət artır
Dünyada indiyə qədər koronavirusun fərqli ştammları qeydə alınıb. Virus fasiləsiz olaraq mutasiya edir. Bu səbəbdən yeni növlərə rast gəlmək təəccüblü deyil.
İyul ayında koronavirusun aşkar edilən yeni növü "AY.4.2" tədricən bütün dünyaya yayılmağa davam edir.
Ümumilikdə dünya, eyni zamanda region ölkələrinə nəzər salsaq, COVID-19 virusuna yoluxma hallarının kəskin artımı müşahidə olunur.
Trend-in məlumatına görə, Rusiyada son sutka ərzində 1 163 nəfər koronavirusdan vəfat edib. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.
Yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.
Türkiyədə son sutkada koronavirusa 24 409 yoluxma (209 ölüm), Gürcüstanda 3 965 yoluxma (43 ölüm), İranda isə 9 893 yoluxma (123) ölüm halı qeydə alınıb.
Yoluxmalar artsa da bir çox ölkələrlə müqayisədə Azərbaycanda düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda vəziyyət nəzarət altında saxlanılır.
Pandemiyanın davam etdiyini, yeni subvariantların yarandığını və mövsümlə əlaqədar qrip xəstəliklərinin daha geniş vüsət aldığını nəzərə alaraq, bütün dünyada buster dozanın önəmi vurğulanır. Artıq dünyanın bir sıra qabaqcıl ölkələrində üçüncü dozanın tətbiqi genişləndirilib.
İnfeksionistlər qeyd edirlər ki, koronavirusun yeni növlərindən qorunmaq üçün xüsusilə buster dozalara əhəmiyyət verilməsi zəruridir.
Aparılan tədqiqatlar nəticəsində buster dozanın immuniteti 5-10 dəfə gücləndirdiyi sübuta yetirilib. Səhiyyə Nazirliyi də hər iki doza vaksin qəbul etmiş risk qrupuna aid olan şəxsləri, xroniki xəstəlikləri olanları, bütün tibb işçilərini və yaşı 60-dan yuxarı olan şəxsləri üçüncü dozanı qəbul etməyə çağırıb.
Vaksinasiya prosesi ilə yanaşı, fərdi gigiyenik qaydalara riayət etmək, qapalı məkanlarda maskadan istifadə etmək də mütləqdir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1303 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrBakıda yeni park salınır - Fotolar
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto
27 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabr