Hotellərin işində "əmma": Qiymətlər endirilməli, yoxsa keyfiyyət qaldırılmalıdır? - ARAŞDIRMA

Hotellərin işində "əmma": Qiymətlər endirilməli, yoxsa keyfiyyət qaldırılmalıdır? - ARAŞDIRMAAzərbaycanda turizm inkişaf etməkdə olan sahələrdən biridir. Bu sahənin inkişafına diqqət çox ayrılır. Lakin yenə də müəyyən "əmma"lar gözdən yayınmır. Hotellərin işində sanki boşluq müşahidə olunur. Regionlarda, xüsusən də, yerli turistlərin daha çox istirahət etdikləri bölgələrdəki hotel və istirahət mərkəzlərinin qiymətləri və ümumiyyətlə, müştəri sıxlığı ilə maraqlandım. Həftəsonları və bayram günlərində müştəri ilə aşıb-daşan hotellər həftə içi – ara günlərdə boş-bikar qalır. Hərəsində bir neçə təsadüfi müştərini saymasaq, demək olar ki, əksər hotellərdə qalan olmur. Lakin həftə sonlarında boş yer tapmaq müşkül məsələyə çevrilib.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bəs niyə hotellərin fəaliyyəti tənzimlənmir? Bu boşluq hansısa proqram və ya kampaniyalar vasitəsilə yoluna qoyulmur? Düşünürəm ki, hər halda, həftə boyu müxtəlif vasitələrlə insanları cəlb etmək olar. Düzdür, əlbəttə ki, tələbat, istənilən halda, yenə də həftə sonlarına olacaq. Müxtəlif strukturlarda çalışan adamlar ancaq həmin günlərdə bölgələrə üz tuta bilirlər. Amma ölkənin bütün vətəndaşları işləmir axı. Yəni həftə içi qiymətlər münasib olsa, ən azından o təbəqəni cəlb etmək olar. Bununla bağlı turizm üzrə ekspertlərlə danışdıq. Fikirlər müxtəlif, təkliflər ağlabatan oldu…

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hotellər düzgün qiymət siyasəti yürütməlidir:

"Ümumiyyətlə, bu, dünya praktikasında da belədir, həftə sonunda hotellərin qiymətləri, təbii ki, həftə içi qiymətlərdən nisbətən baha olur. Bu da tələbata uyğundur. Bütün dünyada tələbat olunan günlərdə qiymətlər yüksək olur. Ancaq burada fərqli bir tendensiya yaratmaq olar. Yəni ki, həftə sonu – şənbə-bazar günlərində hotellərin qiymətlərinin düzgün qiymət siyasətini, marketinqini qurmaq olar.

Məsələn, deyək ki, beşinci, altıncı, bazar gününü – yəni üç günü rezervasiya edənə, növbəti gün – yəni bazar ertəsi günü hədiyyə olunsun. Baxın, orada qalan adamlar həmin hotelin digər servislərindən də istifadə edəcəklər. Məsələn, restoran, idman zalı və s. xidmətlərdən istifadə edəcək. Bu da öz növbəsində həmin otelə xeyir gətirəcək. Yəni həmin müştərilərin növbəti bir günü də hoteldə qalmağı və yaxud da məsələn, beşinci, altıncı, bazar günü bu qiymətlə, amma dördüncü gün hədiyyə kimi qalması otelin gəlirini artıra bilər. Bundan başqa, qiymətlərə də endirim etmək çox yaxşı olardı".

Ekspert deyir ki, müxtəlif kampaniyalar keçirmək, kalkulyasiya edərək qiymətləri müqayisə etmək olar. Və hər iki tərəf üçün sərfəli qiymətlər çıxarıb müxtəlif endirim kampaniyaları keçirmək də mümkündür:

"Bunlar, təbii ki, həm də hotellərin kateqoriyalarına uyğun olmalıdır. Düşünürəm ki, ən yaxşı çıxış yolu həftə içi günlərdən birini "free" - yəni pulsuz etməkdir. Bayaq da qeyd etdiyim kimi, həmin günlərdə müştəri otelin digər xidmətlərindən istifadə etməklə hotelə əlavə gəlir gətirəcək. Bunun səhər yeməyi, naharı, şam yeməyi var. Hamısı da ödənişlidir axı. Hotelin işi dayanmayacaq".

Mütəxəssis bildirdi ki, hazırda hotellərdə qidalanma orada qalmaqdan bahadır:

"Yəni bölgələrimizdə dörd-beş ulduzlu hotellərin restoranında ikinəfərlik nahar yeməyi, təqribən qırx-əlli manata başa gəlir. Təsəvvür edin ki, əgər hotel nömrəni pulsuz belə versə, müştərinin orada qidalanmasından gəlir əldə edəcək. Elə iki dəfə yemək yüz manat edir. Hotelin günlük qiyməti yetmiş-səksən manatdırsa, deməli, yeməkdən gələn gəlir ondan daha çoxdur. Tövsiyə edərdim ki, hotellər düzgün qiymət siyasəti aparsınlar. Əvvəldə də dediyim kimi, qiymət endirimləri, "free" günlər və s. etməklə müxtəlif kampaniyalar keçirsinlər. Bütün bunlar, əlbəttə ki, hotellərin işini çoxaldacaq, müştəri bazasını artıracaq. Eyni zamanda də xidməti personal işləyəcək. Həm də hotel ayaqda qalacaq".

Məsələ ilə bağlı turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov da bölgələrimizdə hotellərdə qiymətlərin həftə sonları və bazar günlərində daha baha olduğunu vurğuladı:

"Çünki həmin vaxtda tələbat böyük olur. Həftə içi, demək olar ki, müştərisiz qalan hotellər, həmin günlərdə yüksək qiymət tətbiq etməklə, sanki bunu balanslaşdırırlar. Lakin biz müəyyən hotellərlə əməkdaşlıq edirik. Onlar həftə içi qiymətləri aşağı saldılar. Bu cür qiymətlərlə müştərilərdə daha çox maraq və həvəs oyada bildik. Bu, çox effektiv vasitədir. Pandemiyaya qədər gözləntilərimiz özünü doğruldurdu. Xüsusən də, Quba-Qusar, Lənkəran-Lerik zonalarında bu sistemlə işləyirdik. Hazırda da bu prinsiplə hotellərlə əməkdaşlıq edirik. Hotellərə müştəri cəlb etməyin ən optimal yolu, ilk növbədə qiymətləri endirmək, keyfiyyəti qaldırmaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1762   Tarix: 30 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr