Çörək bol olmazsa: Ölkədə əsas qida məhsullarının yerli istehsalı nə yerdədir?

Çörək bol olmazsa: Ölkədə əsas qida məhsullarının yerli istehsalı nə yerdədir?Pandemiya səbəbindən son bir neçə ildə dünya iqtisadiyyatının zəifləməsi həm də ərzaq qıtlığına səbəb olub. Artıq İranda, Afrikada və digər ölkələrdə ərzaq qıtlığı müşahidə edilir, insanlar çətinlik çəkirlər. Azərbaycanda vəziyyət necədir? Yaranmış problemlərlə bağlı təhlillər aparılırmı? Bizi ərzaq qıtlığı gözləyirmi? Gözləyirsə, hansı qabaqlayıcı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, hazırda qlobal səviyyədə ərzaq təminatı problemləri yaşanır:

"Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiyməti artıb. Eyni zamanda bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Ötən il dünya ölkələrinin iqtisadiyyatına sarsıdıcı zərbə vuran koronavirus pandemiyası bir çox sahələr kimi qida malları ilə təminatda da daxili bazarlara mənfi təsir göstərməkdədir. Belə bir vəziyyət pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biri olan İranda da müşahidə edilir. Həmçinin, Qərbin sanksiyaları səbəbindən beynəlxalq ticarət əlaqələri zəifləyən bu ölkədə inflyasiya və qiymət artımı məhsul qıtlığına gətirib çıxarıb. Ancaq Azərbaycan hər il yerli istehsalı artırmaqla dayanıqlı ərzaq tədarükünü təmin etməkdədir. Ağır pandemiya ili olan 2020-ci ildə Azərbaycanda kənd təsərrüfatında 2 faiz artım olub. 2021-ci ilin ötən 9 ayı ərzində də kənd təsərrüfatında artım 6,9 faiz təşkil edib. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə əsas qida mallarının yerli istehsal hesabına təmin edilməsi siyasəti faydasını verməkdədir".

Millət vəkilinin sözlərinə görə, ərzaq malları ilə təminatda kənd təsərrüfatının inkişafına dövlətin dəstəyi də mühüm əhəmiyyət kəsb edir:

"Ərzaq təhlükəsizliyi strategiyasının uğurla həyata keçirilməsində və aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir. İndiyədək verilən güzəştli kreditlərin 63 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin yaradılmasına yönəldilib. Vergi güzəştləri də ərzaq təhlükəsizliyi sisteminin güclənməsində mühüm rol oynayıb".

A.Hüseynov qeyd etdi ki, ərzaq təhlükəsizliyi strategiyası aqrar sahədə istehsal və emal müəssisələrinin yaradılması, yeni iş yerlərinin sayının artması, yoxsulluğun səviyyəsinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir:

"Bu baxımdan, hökumətin həyata keçirdiyi proqramlar nəzərdə tutulan hədəflərə çatmağa imkan verir. Son 8 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Azərbaycan ötən il həmin hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub".

Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı isə bildirdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatının, təbii şəraitimizin potensialı var:

"Amma lazım olan məsələ onların səmərəli istifadəsidir. Əgər potensialdan səmərəli istifadə etsək, ən azı 80-90 faiz yerli məhsul, istehsal hesabına ərzaq təhlükəsizliyimizi təmin edə bilərik. Azərbaycanın ekoloji təmiz məhsullar yetişdirməsi üçün çox böyük potensialı var. Qida təhlükəsizliyinin təməlində "strateji məhsul" deyə biləcəyimiz məhsulların təminatı durur. Bura un, şəkər və yağ daxildir. Yerli istehsal hesabına bu tələbatı ödəmək imkanlarımız var. Misal üçün, şəkər çuğunduru yetişdirmək və onu istehsal etmək üçün şəkər zavodu var. Sadəcə, bu zavodun istehsal həcmini artırmaq lazımdır. Eləcə də, qarğıdalıdan və günəbaxandan bitki yağı istehsal etmək imkanlarımız var. Hətta kərə yağı üçün də bunu demək mümkündür".

Ekspert hesab edir ki, bir nömrəli məsələ un təminatı ilə əlaqədardır:

"Biz un istehsalında istifadə olunan buğdanın xeyli hissəsini xaricdən alırıq. Xüsusən, Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal edirik. Azərbaycanın yerli taxıl istehsalı 3,5 milyon ton civarındadır. Onun da təxminən 2 milyon tonu buğdadır. Təəssüf ki, biz istehsal olunan buğdanın böyük əksəriyyətini heyvan yemi olaraq istifadə edirik. Bununla da, un istehsalında yerli buğdadan az istifadə olunur. Bunun səbəbi odur ki, əvvəllər rayonlarda böyük dəyirman şəbəkələri vardı. Sonra o dəyirmanları sökdülər. İndiki böyük dəyirmanlar xaricdən gətirilən yumşaq buğdanı üyütmək üçün qurulub. Yəni quruluşu elədir. Buna görə də, bizim sərt buğdamızı üyüdən dəyirman şəbəkələrini genişləndirmək lazımdır. Şahidi oluruq ki, ildən-ilə Rusiya və digər ölkələr buğda ixracını azaldır. Ona görə də, işimizi ehtiyatlı tutmalıyıq və yerli taxıl hesabına un, çörək məmulatlarının istehsalını təşkil etməliyik. Bu, bir nömrəli məsələdir. Digər yandan hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin müəyyən fəaliyyəti var, amma artırılmalıdır. Bütövlükdə qida təhlükəsizliyini təmin etmək üçün imkanlarımız var. Sadəcə effektiv və səmərəli kənd təsərrüfatı siyasəti lazımdır. Bunu həyata keçirsək, ölkəmizin, xalqımızın qida məhsuluna olan tələbatının ən azı 80 faizini öz gücümüzə ödəmək imkanımız var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2137   Tarix: 30 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr