Özü cavanlaşır, gəncləri isə yaşlıya bənzədir – ARAŞDIRMA

Özü cavanlaşır, gəncləri isə yaşlıya bənzədir – ARAŞDIRMAXroniki yorğunluq, stress, gərginliklə bağlı diqqətimizdə yaranan problemlər yaddaş pozğunluğuna səbəb ola bilir. Müxtəlif xəstəliklər, bəzi virus infeksiyaları, qidalarımızın vitaminləşdirilmiş və balanslaşdırılmış olmaması da problem yaradır.

Mövzu ilə bağlı "Kaspi" qəzeti araşdırma aparıb.

"Son vaxtlar yaddaşım çox zəifləyib. Əvvəl nəyisə harasa qoyduğumu unudurdum, düşünürdüm ki, normaldır. Ancaq son dövrlər vacib görüşləri belə unutduğum olur" - bu sözləri bizimlə söhbətində 25 yaşlı Arif dedi.

34 yaşlı Nigar da yaddaş problemindən əziyyət çəkdiyini bildirir: "Son 4-5 ilə qədər yaddaşım çox güclü idi, bir çox adamın telefon nömrəsi belə əzbər yadımda qalırdı. Ancaq son illər çox yaddaşsız olmuşam. Çox şeyi unuduram. Qeyd etməsəm, tez bir zamanda yadımdan çıxıb gedir. Bəzən ətrafdakılar buna inanmır, amma həqiqətən unuduram".

Nə yaşınız var ki...

Gənclər yaddaşsızlıqdan şikayətlənəndə yaşlılar çox vaxt "sizin nə yaşınız var ki" deyirlər. Ancaq Arif və Nigar kimi yaddaşının zəifliyindən şikayətlənən gənclərin sayı çoxdur. Əvvəllər yaddaş zəifliyi, vacib nələrisə unutmağı yaşlı adamlarda müşahidə edirdiksə, indi problemin gəncləşdiyi göz önündədir. Bəs xəstəliyin cavanlaşmasının səbəbi nədir? Necə edək ki, həm yaddaşımızı qoruyaq, həm də itən yaddaşımızı geri qaytaraq?

Yaddaşsızlığın səbəbi

Nevropatoloq Rima İbadova deyir ki, əvvəllər yaddaşsızlığa daha çox 60-65 yaş üstü insanlarda rast gəlinirdisə, indi 35-40 yaşdan etibarən insanlar bu problemlə üzləşirlər: "Bəli, yaddaşsızlıq gəncləşib. Xroniki yorğunluq, stress, gərginliklə bağlı diqqətimizdə yaranan problemlər yaddaş pozğunluğuna səbəb ola bilir. Müxtəlif xəstəliklər, bəzi virus infeksiyaları, qidalarımızın vitaminləşdirilmiş və balanslaşdırılmış olmaması da problem yaradır. Xüsusən, texnologiyanın inkişaf etməsi, işimizin monitor qarşısında olması, gün ərzində internetdə çox vaxt keçirməyimiz, yuxu rejimimizin normal olmaması da yaddaşsızlığa gətirib çıxara bilər".

Dərmanla müalicə etmək

Yaddaş problemi yaşayan adamlara "filan dərmanı iç, yaddaşın düzəlsin" məsləhətini verənlər çox olur. R.İbadova bildirdi ki, problemin səbəbi bilinmədən hər hansı dərman qəbul etmək olmaz: "Dərman içmək üçün, birinci, yaddaşsızlığın nədən qaynaqlandığını bilməliyik. Uzunmüddətli yaddaş problemi varsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki həkim tərəfindən xəstə müayinə edilir, yaddaşın nə qədər zəiflədiyi, problemin səbəbi müəyyənləşdirilir. Lazım olduğu halda müalicə tətbiq edilir. Yaşlı insanlarda rast gəldiyimiz alzaymer-demensiya xəstəliyi, vitamin və ya biotin çatışmazlığına bağlı olan yaddaş problemləri varsa, onlara uyğun dərmanlar təyin edərək xəstəliyin inkişafının qarşısını almış olarıq. Qan azlığına bağlı yaddaşsızlıq olarsa, dəmir preparatlarının qəbulu məsləhət görülür. Xroniki əzginlik, yorğunluq və ya depressiyaya bağlı problem varsa, bu zaman antidepressant preparatlar yaddaşımızı yaxşılaşdıra bilər. Davamlı yuxusuzluq, tiroid vəzi xəstəliklərində problemləri düzəldərək yaddaşsızlığı da həll etmiş olarıq".

Yaddaşı qorumaq və bərpa etmək

Nevropatoloqun sözlərinə görə, yaddaşı qorumaq və bərpa etmək üçün tez hərəkətə keçmək lazımdır: "Yaddaşımızın pozulmasının qarşısını almaq üçün ilk növbədə onu qorumağımız lazımdır. Problem gəncləşdiyinə görə tədbirimizi də tez görməliyik. Monitor qarşısında keçirdiyimiz zamanı nizamlamalı, iş və istirahət rejimimizi balanslaşdırmalı, stressdən, gərginlikdən kənar durmalıyıq. Yaddaşımızı qorumaq üçün davamlı olaraq beynimizi inkişaf etdirməyimiz vacibdir. Dil öyrənmək, şeir əzbərləmək, krossvordlar, riyazi məsələlər həll etmək ən sadə məşqlərdəndir. Balanslaşdırılmış və sağlam qidanın yeyilməsi lazımdır. İdman ilə məşğul olmaq qan dövranımızı yaxşılaşdırır. Gün ərzində piyada gəzinti, yuxumuzun normal olması və s. yaddaşımızı bərpa etmək və qorumaq üçün təbii yollardandır".

Demensiyanın yaddaşsızlıqdan fərqi

Nevropatoloq Zərifə Hacıbəyli deyir ki, gənclərlə yaşlıların yaddaş problemlərinin səbəbi eyni deyil: "Yaşlılarda problem yaşla əlaqədar idi və qan dövranının pozulmasına gətirib çıxarırdı. Məsələn, təzyiq, şəkər xəstəsi və s. illər keçdikcə yaddaş azlığı ilə rastlaşa bilər. Yaşlılarda olan yaddaş azlığı beyin toxumasının zədələnməsi ilə əlaqədardır və demensiya adlanır. Demensiya xəstəliyi yaşlı adamlarda görünür. Yaddaş problemi olan şəxsin beynində hər hansı dəyişiklik varsa, bu demensiyadır. Əgər yoxdursa, gənclərin rastlaşdığı yaddaş zəifliyidir. Gənclər əvvəllər idmanla məşğul olurdular, sağlam qidalanırdılar, stress, depressiya, informasiya az idi deyə, yaddaş problemi yaşamırdılar".

Ən tənbəl orqan

Zərifə Hacıbəyli bildirir ki, beynimizi məşq etdirmədikdə, yaddaş ilə bağlı problemlər meydana gəlir: "Yaddaş azlığı nevroloji və ya neyropsixi səbəblərdən irəli gələ bilər. Baş beyin ən tənbəl orqanlardan biridir və onu məşq etdirməsək, yaddaş problemimiz yaranır. Yaddaşımızı necə gücləndirək? Fərqli oyunlar oynayın, kitabları səsli oxuyun, audiokitablar dinləyin, yeni yerlərə gedin, hərəkətləri gözüyumulu etməyə çalışın, yeni yeməklər sınayın, geyiminizi və rənglərinizi dəyişin, yuxu rejiminizə diqqət edin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2668   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr