"Uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır" - Deputat

"Uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır" - DeputatXəbər verdiyimiz kimi, bir neçə gün öncə İmişli rayonunda qandonduran hadisə baş verib. Özü uşaq olan 11 yaşlı qız, uşaq dünyaya gətirib. Körpəyə təcavüz edənin isə öz atalığı olduğu bildirilir.

Məsələ ilə bağlı Sonxeber.az-a həmin rayonun deputatı Razi Nurullayev fikir bildirib.

O, qeyd edib ki, insanlar hər hansı bir ailədə şübhəli nə isə gördükdə mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər:

"Bu, nəinki o ailə, hətta onların qohumları, yaxınları və bütün Azərbaycan cəmiyyəti üçün bir ləkədir, böyük faciədir və qəbulolunmaz bir zorakılıq aktıdır. O məlumatı oxuyanda sanki əlim, qolum, başım dondu.

Bu, ölkəmizdə baş verən ilk belə hal deyil. Təəssüf ki, cəmiyyətin lənətlədiyi bu cür qəbuledilməz hadisələr tez-tez olur. Bu hal əslində bir tərəfdən, vətəndaşların və ya özlərinin cahilliyi, dünya görüşünün, qınağın olmamasından irəli gəlirsə, digər səbəb, bəlkə də, cəmiyyətimizin bununla bağlı doğru-dürüst yanaşma ortaya qoymaması ilə bağlıdır.

Ümumiyyətlə, ilk növbədə mən bu şeyləri görüb, bilib gizlədən ailələri qınayıram. Onlar hadisəni "ört-basdır" etmək istəyirlər, amma anlamırlar ki, bunu gizlətməklə həmin cinayətin, yaramaz hərəkətin daha da böyüməsinə rəvac vermiş olurlar. Onlar bir insanın həyatını özlərinin ad-sanından aşağı, bir insanın həyatının puç olmasını özlərinin cəmiyyət içində biabır olmasından daha üstün tuturlar. Amma sonunda həm özləri biabır olurlar, həm də o insanın həyatı, gələcəyi puç olur.

Belə halların baş verməsinə çox təəssüflənirəm. Hesab edirəm ki, bununla bağlı tam olaraq dolğun məlumat verilməlidir və bununla yanaşı aidiyyəti qurumlar özlərinin yerli əlaqələri vasitəsi ilə belə ailələri dinləməli, üzə çıxarmalıdırlar. O ailələrlə psixoloji söhbətlər aparılmalıdır ki, gələcəkdə bu tip məsələlər təkrarlanmasın.

Insanlar hər hansı bir ailədə şübhəli nə isə gördükdə mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.
Uşaqların məktəbdən saxlanılması, xüsusən də aran yerlərində, daha çoxdur.

Bilməliyik ki, uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır. İlk növbədə, qız uşaqlarının dünyagörüşü genişlənmir, cahilliyi artır və bu cür zorakı hallara düşmək ehtimalları böyüyür. Uşaq məktəbə getsə, müəllimlərə etibar etsə, tərbiyəçisinə dərdini danşıb kömək istəyə bilər. Onun üçün də onların təhsildən qalmamalarına ciddi nəzarətin olması əsas məsələlərdəndir.

İnsanlar bu cür hallara doğru reaksiya versə, hökumətin dürüst addımları sayəsində bu cür faciələrin qarşısını ala bilərik".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3972   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr