Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATDövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu posta İsmayıl Əfəndiyev gətirilib.

O, Bakı şəhərinin baş toksikoloqudur.

Qeyd edək ki, İ.Əfəndiyev 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əyanı aspiranturanı bitirərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. O, 2007-2008-ci illərdə Almaniyanın paytaxtı Berlində Vivantes Humbold - Daxili Xəstəliklər Xəstəxanasının Kardiologiya və intensiv terapiya şöbəsində ixtisasartırma kursu keçib. 2010-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alıb.

Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdir müavini, sonra isə xarici tələbər dekanı vəzifələri tutub. İ.Əfəndiyev praktik əmək fəaliyyətinə 1996-cı ildən 2021-ci ilə qədər Kliniki Tibbi Mərkəz Toksikologiya şöbəsində həkim toksikoloq-reanimatoloq kimi fəaliyyət göstərib.

O, 175-dən artıq orijinal elmi işlərin, o cümlədən 4 dərslik, 10 metodik vəsait, 2 monoqrafiya, 1 kliniki protokol və 1 patent-ixtiranın müəllifidir. 4 xarıci elmi-praktiki jurnalların redaksiya heyətinin üzvüdür.

Müxtəlif illərdə İngiltərə, İndoneziya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Avstriya, Çin və Danimarkada təlim kurslarında iştirak edib. 2006-cı ildən Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, 2009-cu ildən Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvidir. 2010-cu ildən BMT "Beynəlxalq Kimyəvi İdarəetmə Üçün Strateji Yanaşma"(SAICM) təşkilatının Azərbaycan üzrə koordinatoru, 2012-ci ildən Ümumdünya Səhiyyə Təşkilatyının Kimyəvi Təhlükəsizlik və Ətraf Mühitin Sağlamlığı üzrə Milli Ekspert və Koordinatordur.
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1988   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr