Siqaretin qiyməti bahalaşacaq - Rüsum artırılır

Siqaretin qiyməti bahalaşacaq - Rüsum artırılırTütün məmulatları ilə bağlı aksiz dərəcələrinə yenidən baxılır.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur:

"Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır. Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə nəzər salsaq, Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Lakin biz sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq.

Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir".

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3394   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR

7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu

10 may
.

Azərbaycanda partiyanın VƏZİFƏLİ ŞƏXSİ VƏFAT ETDİ - FOTO

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Lənkəran rayon təşkilatının sədr müavini Etibar Nəsirov vəfat edib. -ın məlumatına görə, o bu gün dünyasını dəyişib. Mərhumun hansı səbəbdən ölməsi məlum deyil

12 may
.

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə

10 may
.

Azərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO

Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil

11 may
.

Bu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)

Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla

11 may
.

Bakıda yanan anbar məşhur şirkətin imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. Qaynarinfo -a istinadən bildirir ki, yanğın gecə saatlarında "Kontakt Home"un anbarından başlayıb. İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub. Yanan anbardak

12 may
.

Paşinyan: Azərbaycanla bərqərar edilmiş sülhü qorumaq bizim əsas məqsədimizdir

Artıq iki ildir ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub və bugünkü vəzifəmiz onu möhkəmləndirməkdir. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə yazıb. "Biz faşizm üzərində qələbənin 81-ci ildönümünü mürəkkəb beynəlxalq şəraitd

10 may
.

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə

10 may
.

Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il

12 may