Azərbaycanda dəhşət! Avtomatla qonşunun həyətinə girib atəş açdı
Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi "VAZ-21102" markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açıb avtomobillə getməsi barədə məlumat daxil olub.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK" markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1677 Tarix: 02 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
16 yaşlı gənc ov tüfəngi ilə öldürülüb
Tekirdağın Süleymanpaşa rayonunda ov tüfəngi ilə açılan atəş nəticəsində 16 yaşlı Erkan Karadeniz həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, hadisə Aydoğdu məhəlləsində baş verib. Məlumata görə, Erkan Karadenizə (16) bir şəxs tərəfindən ov tüfəngi ilə atəş açılıb və sonra hadisə yerində
10 fevralGəncədə 20 yaşlı oğlan özünə xəsarət yetirdi - Yenilənib
Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Cavad Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb. Adıçəkilən şəxsə tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir
11 fevralTərtərdə ev yanaraq külə döndü - Video
Tərtər rayonunda yanğın hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Kənd sakini Maarif Quliyevə məxsus yaşayış sahəsində baş verən yanğın nəticəsində ev tamamilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürə
11 fevral72 yaşlı kişi çəkiclə 5 nəfəri öldürdü - DƏHŞƏT
Ukraynanın Rovno vilayətində qətliam olub. xarici mediaya istinadla bildirir ki, hadisə səhər tezdən Sudobiçi kəndində yerləşən, köçkünlərin məskunlaşdığı keçmiş məktəb binasında baş verib. Mübahisə zamanı Donetsk vilayətindən olan 72 yaşlı kişi çəkic və balta ilə qonşularını öldürüb. Həlak olanlar arasınd
10 fevralKabildə evdə partlayış nəticəsində 8 nəfər ölüb
Kabildə yaşayış evində qaz balonunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub. "Report" "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan paytaxtının qubernatorluğu məlumat yayıb. Bildirilib ki, ailənin qışda istilik üçün istifadə etdiyi balon qaz sızması səbəbində
8 fevralBakıda yaşayış binasında baş verən yanğın söndürülüb
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xəzər rayonu, Cavanşir küçəsində beşmərtəbəlii yaşayış binasının üçüncü mərtəbəsində yanğın ba
11 fevralTapdığı çantanı qaytarmadı, işindən oldu - VİDEO
Türkiyənin Uşak şəhərində bələdiyyəyə bağlı təmizlik işçisi tərəfindən tapılan və içərisində dəyərli əşyalar olan çantanın aidiyyəti qurumlara təhvil verilməməsi ilə bağlı araşdırma aparılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sözügedən şəxs yerdə tapdığı çantanı səlahiyyətli orqanlar
10 fevral