Bakıda avtoxuliqanlıq edən sürücülər ağır qəzaya səbəb oldu: Yeddi maşın əzildi - VİDEO
Bakının Nəsimi rayonunda yeddi avtomobilin əzilməsi ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında "Memar Əcəmi" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Zəncirvari qəza zamanı "Toyota", "Renault", "Mercedes", "Toyota Prado", "KİA" və iki "Hyundai" markalı nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Hadisə zamanı bir nəfər xəsarət alıb. Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, belə bir hadisə baş verib və bir nəfər xəsarət alıb:
"Hadisə avtoxuliqanlıq zəminində baş verib. Hadisə zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından biri diz qapağından zədə alıb. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.
İlkin məlumatlara görə, qəzaya "Hyundai" və "Toyota" markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib. "Toyota" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol-nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1485 Tarix: 05 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabrSalyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal
18 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabr