"Mona Liza"nın dəqiq surəti hərraca çıxarıldı

"Mona Liza"nın dəqiq surəti hərraca çıxarıldıOrijinalı italiyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur "Mona Liza" əsərinin Fransanın Luvr muzeyində saxlanılan dəqiq surəti noyabrın 9-da Parisdəki "Artcurial" satış evində hərraca çıxarılacaq.

Sonxeber.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rəsm əsərinin dəqiq surətinin qiyməti 173 min dollardan 230 min dollara qədər qiymətləndirilir.

"Artcurial" satış evindən verilən məlumata görə, rəsmin təxminən 1600-cü ildə çəkilən surətinin müəllifi, çox güman ki, orijinalı əldə etmək imkanına malik olub. Bu səbəbdən rəsmin orijinalı və surəti bir-birinə tam oxşardır.

Leonardo da Vinçinin əsərinin XVII əsrə aid başqa bir surəti iyun ayında "Christie's" satış evinin Parisdə keçirilən hərracında 2,9 milyon avroya satılıb.

2017-ci ilin noyabrında Nyu-Yorkdakı "Christie's" hərracında italiyalı rəssamın 450 milyon dollara alıcı tapan "Dünyanın xilaskarı" əsərinin orijinalı indiyə qədər hərracda satılan ən bahalı tablo olub.

"Mona Liza" dünyanın ən məşhur rəsm əsərlərindən biridir. Leonardo da Vinçi bu rəsmi Florensiyada çəksə də, 1516-cı ildə onu özü ilə Fransaya aparıb. 1519-cu ildə rəssamın ölümündən sonra portret Fransa kralı I Fransisk tərəfindən əldə edilib. "Fontenblo" qəsrində saxlanılan bu əsər sonradan XIV Lüdovik tərəfindən Versal sarayına aparılıb, XVIII əsrin axırlarında - Böyük Fransa İnqilabından sonra isə "Luvr" muzeyinə köçürülüb.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2972   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust