"10 noyabr Azərbaycan tarixinin ən önəmli, şərəfli günlərindən biridir" - Deputat

"10 noyabr Azərbaycan tarixinin ən önəmli, şərəfli günlərindən biridir" - Deputat"10 noyabr 2020-ci il. Milyonların, müharibə başlanan andan səbirsizliklə gözlədiyi, işğalçı Ermənistanın kapitulyasiya etdiyi, dünya erməniliyinin bir əsrdən bəri təbliğ etdiyi xəstə ideologiyanın iflasa uğradığı gün".

Bu sözəri Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edir və müharibənin bitdiyini elan edir:

"Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın mahiyyətini xalqa çatdırır. Atəşkəs əldə olunur, Erməni silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarılır, Rusiya sülhməramlıları beş illik müddətə bölgəyə daxil olur, Laçın rayonu ərazisindən ermənilərə, Zəngəzurdan Naxçıvana koridor verilir. Kommunikasiyalar açılır. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlər öz yerlərinə qaytarılır.

Prezidentin çıxışı dünyanın bütün informasiya agentlikləri, televiziya kanalları, mətbuat orqanları tərəfindən dərhal yayımlanır. Bir çox dövlət və hökumət başçıları, siyasətçilər, politoloqlar, ekspertlər tərəfindən gözlənilməz xəbər sensasiya olaraq qəbul olunur.

30 il ərzində münaqişənin tənzimlənməsi ilə məşğul olan, reallıqda isə imitasiya xarakterli çoxsaylı turist səfərlərindən başqa, ciddi bir nəticə ilə yadda qalmayan ATƏT-n Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri oyundan kənar qaldıqlarını hiss edirlər. Müharibənin belə sonluqla bitməsi həmin ölkələrdə dərin kök salmış erməni lobbi təşkilatlarını narahat edir. Fransa parlamenti və senatı tərəfindən görünməmiş operativliklə həmrəylik nümayiş olunur, Azərbaycanla Türkiyə əleyhinə qətnamələr qəbul edilir. Bu da həmsədr ölkə Fransanın açıq şəkildə işğalçını dəstəklədiyini göstərməklə yanaşı, beynəlxalq imicinə böyük zərbə vurur. Hesab edirəm ki, Fransanın Qarabağ məsələsinə qərəzli yanaşması, beynəlxalq hüququn, ədalətin yanında yox, işğalçı dövlətin yanında olması, Afrikanın şimalında və Yaxın Şərq ölkələrində də ona olan inamı sarsıtdı. Ona görə də, müharibədən bir il keçməsinə baxmayaraq, digər müttəfiqləri ilə birlikdə hələ də Minsk qrupunun bərpa olunmasını tələb edir, hansısa "status" məsələsini qabartmaqda israrlı görünürlər".

Deputat vurğulayıb ki, bütün çətinliklərə, təzyiqlərə rəğmən, Azərbaycan öz yolu ilə gedir:

"Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş layihələr icra olunur. Ölkə Başçısının regiona etdiyi çoxsaylı səfərlərin hər biri yeni-yeni innovativ ideyaların, infrastruktur layihələrinin icrası ilə müşayiət olunur. Az bir vaxta görülmüş işlərin miqyası dostlarımızı sevindirir, düşmənlərimizin isə təəccübünə səbəb olur. Ermənistan mətbuatını izlədikcə, görürük ki, erməni xalqı öz rəhbərlərini ciddi şəkildə ittiham edir, 30 il ərzində dağıdıcılıqda günahlandırır və quruculuq işlərini İlham Əliyevdən öyrənmələrini tövsiyə edir.

10 noyabr Azərbaycan tarixinin ən önəmli, şərəfli günlərindən biridir. Bu gün Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsinin rəsmiləşdiyi, yeni geosiyasi reallıqların yarandığı, dünya erməniliyinə, onların havadarlarına sağalmaz yaraların vurulduğu gündür. Ən vacib məsələlərdən biri odur ki, həmin gün mürəkkəb coğrafi şəraitə malik, üç böyük rayon əlavə şəhidlər vermədən azad olunub".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1387   Tarix: 10 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr