Yaralı ola-ola döyüşməyə davam edən şəhid leytenant Vüsal Məhərrəmov - VİDEO
Şəhid qanı axan torpaq müqəddəsdir. Qanı torpağa qarışan, canı ilə Vətənini qoruyanlardan biri də Məhərrəmovlar ailəsinin qəhrəman övladı Vüsaldır.
APA xəbər verir ki, o, Masallının Hişkədərə kəndində, 1979-cu il dekabrın 6-da dünyaya gəlib. Məktəbi əla qiymətlərlə bitirərək indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub. 2003-cü ildə Naxçıvanda zabit kimi hərbi xidmət edib. Sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. Ehtiyatda olan leytenant Vüsal Məhərrəmov əvvəl taqım komandiri, sonra isə tabor komandiri olub. Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edib.
Şəhidin anası Elmira Nağıyeva deyir ki, o, Şuşaya gedən ərəfələrdə də yaralı olub:
"Əsgərlər çox dedi, "komandir, yaralısan, get müalicə ol, get hospitala", amma göndərə bilmədik. Əsgər yoldaşları deyir ki, "özü yeməzdi, bizi yedizdirərdi. Özü yatmazdı, keşik çəkərdi, bizi yatızdırardı. Qabağa həmişə özü gedərdi ki, siz uşaqsız, ailə qurmamısınız hələ". Onlara qarşı o qədər diqqətli olub. Deyirlər ki, elə bil arxamızda bir dağ vardı. Komandir deyildi, ata bilirdilər onu".
Noyabrın 6-sı Daşaltıda, Şuşa uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını ön xətdən çıxaran igid leytenantımız dördüncü əsgəri xilas etməyə çalışan zaman düşmən gülləsinə tuş gəlir.
Şəhidin atası Aslan Məhərrəmov deyir ki, Vüsalın 40 mərasimi idi, onun əsgərləri, döyüşçüləri gəlmişdilər bura:
"Məni ziyarət etdilər və dedilər ki, sənin oğlun qəhrəmandır. Biz dəfələrlə ona dedik ki, sən yaralısan, səni döyüşdən çıxaraq. O razı olmadı. Dedi: "Qardaşlar, mən sizi qoyub gedə bilmərəm. Bir yerdə gəlmişik, bir yerdə gedəcəyik". Onun köynəyini bir əsgər gətirib mənə təqdim etdi. Dedim: "Ay oğul, sən sıravi əsgər, mənim oğlum baş leytenant. Necə olur? Sənin köynəyin onda nə gəzir? Dedi: "Qoy mən deyim. Füzuli uğrunda güclü döyüşlər gedirdi və həmin döyüşdə mən bərk yaralanmışdım, çoxlu qan itirmişdim, üşüyürdüm, əsirdim. O, öz köynəyini çıxartdı, geyindirdi mənə və məni yola saldı hospitala".
Şəhid leytenant Vüsal Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub:
Şəhidin qardaşı Rəşad Məhərrəmov şəhidin döyüş yolu ilə bağlı eşitdiklərini danışır:
"Onun döyüş yolu haqqında onun cəbhə yoldaşları, əsgər yoldaşları bizə məlumat veriblər. Ancaq onlardan öyrənmişik və onun göstərdiyi qəhrəmanlıqlar, şücaətlər barəsində məlumat aldıqca fərəhlənirik. Kövrəlirik, amma eyni zamanda da qürur duyuruq. O bizim qəhrəmanımızdır".
Şəhidin oğlu Nihad Məhərrəmov atasının onlara həmişə arxa, dayaq olduğunu deyir:
"O, müharibədə olanda da bizə həmişə zəng vurardı ki, ananızın sözündən çıxmayın, dərslərinizi yaxşı oxuyun. Onun tək istəyi bizim ali məktəbə qəbul olmağımız idi, bizim oxumağımız idi. Mən atamla həmişə fəxr etmişəm, fəxr də edəcəyəm. Çünki mən qəhrəman bir igidin oğluyam".
Nihad və Nicat şəhid leytenantımızın bizə yadigar qoyduğu gələcəyin əsgərləridir. Vüsal Məhərrəmov minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi naminə canını fəda edənlərdən oldu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1264 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabr35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video
Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri
26 oktyabrGöyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
26 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrBu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabr