Dilqəm Əsgərovla Mübariz Əsgərov arasında NARAZILIQ yarandı
"Mübariz Əsgərovun dəvəti ilə Şuşaya getdik. Şuşa türməsi haqqında sənədli film çəkildi. Zəfər günündə təqdim edilməli idi. Amma təqdimata icazə verilmədi".
Bu fikirləri Modern.az-a açıqlamasında keçmiş girov, 7 il Şuşa həbsxanasında cəza çəkmiş əslən kəlbəcərli Dilqəm Əsgərov bildirib.
"O film yayımlansa, məhkəməyə verəcəm"
Dilqəm Əsgərov açıqlamasında bildirib ki, Milli Televiziya və Radio Şurasının üzvü, telejurnalist Mübariz Əsgərovla aralarında narazılıq yaranıb:
"Türmənin içərisi, ətrafında günlərlə çəkiliş aparıldı. 3 gün orada qaldım. Mübariz müəllimin əvvəl dediyi sözlər başqa idi. Sonra mənə zəng elədi ki, gəl Bakıya. Bakıya çatanda məlum oldu ki, filmin təqdimatını məsləhət bilməyiblər. Orada zəncirləndiyim, döyüldüyüm yerləri göstərmişdim, mənə olan zülmlərdən danışmışdım. Çox təəssüflər ki, Qələbə günü onu göstərmədilər.
Mənim üçün artıq maraqlı da deyil. Mübariz bəy mənə filmin yayımlanmasına çalışacağını deyəndə söylədim ki, o film yayımlansa səni məhkəməyə verəcəm. Həmin film Zəfər günündə nümayiş olunmalı və xalq da baxmalı idi".
Dilqəm Əsgərov yaşanan bütün xoşagəlməz hallara rəğmən Şuşanı azadlıqda və Azərbaycan əsgərinin nəzarəti altında görməyin gözəl olduğunu bildirib:
"Bu gün Şuşanı Azərbaycan əsgərinin nəzarətində olduğunu görmək gözəl hissdir".
Dövlət strukturları araşdırma aparır
"Mən Xüsusi Təyinatlılar haqqında "Şuşa necə azad olundu" filmimi bitirmişəm. Bizim Şuşa türməsində saxlanılmış əsir və girovlarla bağlı layihımiz var. Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların hərəsi haqqında bir kiçik film planlaşdırırıq. Dilqəm Əsgərov, Şahbaz Quliyev və digər əsir və girovların da çəkilməsi nəzərədə tutulub. O layihəyə yanvar ayında başlayacağıq".
Bu fikirləri isə Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının üzvü, telejurnalist Mübariz Əsgərov bildirib.
"Birincisi, onun çəkildiyi məqam filmin dramaturgiyasına uyğun gəlmədi. İkinci səbəb də odur ki, onların, Şahbaz və Dilqəmin arasında olan qalmaqalın araşdırılma prosesi gedir. Dövlət strukturları bununla bağlı araşdırma aparır. Ara sakitləşəndən sonra ayrıca film kimi veriləcək. Əgər Dilqəm bəy istəməzsə, o zaman filmi yayımlamayacam, problem yoxdur. Əsir və girovlarımız kifayət qədərdir. Onların hər biri haqqında ayrıca film çəkəcəyik".
Mübariz Əsgərov bəzi məsələlərin onadan asılı olmadığını qeyd edib:
"Bunun günahkarı mən deyiləm. Onlar arasında olan problem araşdırılmalıdır. Vaxtı gələndə məsləhət edərik. İstəməzsə, onun haqqında film hazırlanmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3168 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabr35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video
Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri
26 oktyabrGöyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
26 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrBu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabr