Həbs olunan icra başçısı bütün cinayət əməllərini etiraf etdi

Həbs olunan icra başçısı bütün cinayət əməllərini etiraf etdiYevlaxın keçmiş icra başçısı Qoca Səmədov məhkəməyə ifadəsində cinayət işində keçən rüşvət epizodlarının baş verdiyini etiraf edib.

Oxu.Az-ın məlumatına əsasən, Qoca Səmədov rüşvət aldığı şəxslərin adlarının və məbləğinin yadında qalmadığını deyib.

Qoca Səmədov bildirib ki, iş üçün müraciət edən adamları Yevlax Rayon İcra Hakimiyyətinin iclas zalında yığıb hüquqşünasın, müavininin, məşğulluq idarəsinin rəhbərinin iştirakı ilə iclas keçirib.

Onun sözlərinə görə, yoxlamalar zamanı 94 nəfərin adları işdə getsə də, özlərinin işə çıxmaması məlum olub.

"Mənə təklif etdilər ki, həmin şəxslərin maaşlarını göndərməyək. Mən də bu təkliflə razılaşdım",-deyə Qoca Səmədov ifadəsində deyib.

Qoca Səmədov icra başçısı olduğu müddətdə xidməti otağında MMC-lərdən birinin direktorundan 100 000 manat məbləğində rüşvət aldığını da etiraf edib.

Qoca Səmədov icra hakimiyyətində Qarabağ əlillərinə, şəhid ailələrinə və xəstə adamlara yardım məqsədilə yaradılmış fonda toplanan vəsaitləri mənimsədiyini deyib.

Onun sözlərinə görə, həmin fonddan ümumilikdə 262 633 manat mənimsəyib.

Qoca Səmədov daha sonra bildirib: "İşlədiyim müddət ərzində Yevlax rayonuna dövlət büdcəsindən 20 000 000 manat ayrılıb. Bütün büdcə təşkilatlarının maaşları da həmin vəsaitə daxil idi".

Qoca Səmədov həmin vəsaiti təyinatı üzrə xərcləmədiyini, zamanla həmin vəsaitin bir hissəsini nağdlaşdıraraq mənimsədiyini qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2011-2019-cu illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1470   Tarix: 10 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı

26 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr